Sizin Reklam Burada
Xəbər lenti
20-02-2025
19-02-2025
BÜTÜN XƏBƏRLƏR

“A-Frame” tipli evlərə tələbat xeyli artıb – Onlara çıxarış almaq mümkündür?

Tarix: 18-02-2025 11:13     Baxış: 379 A- / A+
“A-Frame” tipli evlərə tələbat xeyli artıb – Onlara çıxarış almaq mümkündür?
Sosial şəbəkələrdə “A-frame” tipli evlərlə bağlı reklamlara tez-tez rast gəlinir. Ölkəmizdə yeni dəbə minən daşınar əmlaka tələbat da yetərincə çoxdur. Müxtəlif qiymətlərə olan “A-frame” evlər əlverişli hesab edilir.
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, “A-frame” evlər turistik zonalarda yatırım üçün əla variantlardan biridir:
“Əvvəllər bu tip evlərə daha çox xarici ölkələrdə tələbat var idi. Son zamanlar Azərbaycanda da buna maraq artıb. Amma daimi yaşayış üçün yox, daha çox alıb və yaxud tikib kirayə vermək üçün istifadə edirlər. Çünki insanlarda belə evlərə tələb sürətlə artmaqdadır. Xüsusən, turistik zonalarda “A-frame” tipli əmlaklarla xüsusi maraq var.
Onlar daimi yaşayış üçün hələlik nəzərdə tutulmayıb. Azərbaycanda hələ ki taxta və metal konstruksiya ilə inşa edilmiş evlərə keçid edə bilmirlər. İstilik və təmizlik məsələsi də bu məsələdə rol oynayır. Amma bu “A-frame” evlər gəlir mənbəyi üçün əladır”.
Ekspert qeyd edib ki, sözügedən əmlaklar 2 formada inşa edilir:
“A-frame” tipli əmlaklar 2 cür olur. Onların həm daşınar, həm də daşınmaz formaları var. Daşınar formada olanlar çıxarışla təmin olunmur. Amma bünövrəsi olan (daş, beton, fərq olmur) tikilibsə, onlara sənəd almaq olar. Vətəndaşlar hazırda daha çox ikinci növə, yəni sabit və daşınmaz olan əmlaklara üstünlük verir”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar