Sizin Reklam Burada
Xəbər lenti
20-02-2025
19-02-2025
BÜTÜN XƏBƏRLƏR

9 yaşında əsir düşən Lətifxanım : “Xocalıda işləyəcəyim ağlıma da gəlməzdi”

Tarix: 18-02-2025 20:28     Baxış: 392 A- / A+
“Xocalıda 1 nömrəli uşaq baxçasında texniki işçi kimi çalışıram. Əsgəranda xidməti ev verilib, oğlumla orada yaşayıram. Hər gün Xocalıya işə gedib gəlmək çox qəribə hissdir. Ağlıma da gətirməzdim ki, öz şəhərimdə işləyə və yaşaya bilərəm”.
Manevr.az xəbər verir ki, bunu Musavat.com-a ailəsi ilə birgə 9 yaşında ermənilərə əsir düşən və əsirlikdən qaytarıldıqdan sonra Milli Qəhrəman Çingiz Mustafayevin çəkərək bütün Azərbaycana tanıtdırdığı Lətifxanım Mahmudova deyib. O bildirib ki, öz doğma yurdunda işləmək sevindiricidir: Bütün Azərbaycan bilir ki, mən Xocalıdan necə çıxmışdım. Bu gün Allaha şükür edirəm, yenidən Xocalıdayam.
Doğrudur, əsirlik günlərimi heç vaxt unutmuram. İki aya yaxındır ki, buradayam yenə də əsir düşdüyüm vaxtları xatırlayıram. Amma nə etmək olar, bu bir tale idi. Xocalı indi dəyişib, hər şey başqadır. Hazırda tikinti işləri aparılır, körpü salınır, yollar salınır. Köhnə evimiz də yəqin ki, haçansa yenidən tikilər”.
Lətifxanımın 3 övladı – iki qızı, bir oğul övladı var. Saytımıza verdiyi məlumata görə, bu yaxınlarda nənə olub, qızının övladı doğulub.
Milli Qəhrəman Çingiz Mustafayevin 1 saat əvvəl Xocalı əsirliyindən azad edilən 9 yaşlı Lətifxanımla o zamankı müsahibəsi:
- Adın nədir?
- Ləfxanım (Lətifxanım).
- Ləfxanım, haradansan sən, hansı kənddən?
- Daşbulaqdan gəlmişik.
- Kənddən necə oldu gəldiniz, niyə çıxdınız?
- Ermənilər qovdu.
- Ləfxanım, ayağına nə olub?
- Meşədə qaçanda oldu.
- Nə oldu ayağına?
- 3 gün qarın içərisində qaldıq, onun üçün belə oldu.
- Buzladı hə ayağın?
Səssizcə başını tərpədir...



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar