Rusiyanın Moskva vilayətində Ximki Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanma məntəqəsində qeyri-adi hadisə baş verib.
Yerli media bildirir ki, heroin satan gənc cinayət başında yaxalanıb.
Müstəntiq ittiham irəli sürmək üçün istintaq təcridxanasına narkotik alverçisinin yanına gəlib. Söhbət bir ofisdə vəkilin iştirakı ilə gedib, onları məhbusdan dəmir barmaqlıqlar ayırıb.
Təqsirləndirilən şəxs qəfil cinayət işinin sənədlərini müstəntiqin əlindən alıb və dəmir barmaqlıqlar arasında yandırıb.
Müstəntiqin məhbusu sakitləşdirmək cəhdləri baş tutmayıb. O, müvəqqəti saxlama mərkəzinin əməkdaşlarını köməyə çağırıb. Lakin üç vərəq - işin özü və onu müşayiət edən vərəqlər yanıb. Narkotacir təcridxanaya yerləşdirilərkən onun kibritlərinin niyə götürülmədiyi hələ də sirr olaraq qalır.
Hadisə yanğın törədənin taleyinə ancaq mənfi təsir göstərib. Narkotik vasitələrin satışı ilə bağlı ittihama Cinayət Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsi – “müstəntiqin fəaliyyətinə müdaxilə” əlavə edilib. Ximki məhkəməsi onu ümumilikdə 7 il 1 ay müddətinə azadlıqdan məhrum edib.lent.az
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar