Sizin Reklam Burada
Xəbər lenti
19-02-2025
18-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağ Universiteti bu vəzifə üzrə vakansiya elan etdi

Tarix: 17-02-2025 12:26     Baxış: 370 A- / A+
Qarabağ Universiteti bu vəzifəyə işçi axtarır
Qarabağ Universiteti bir vəzifə üzrə vakansiya elan edib.
Manevr.az-ın məlumatına görə, ali təhsil müəssisəsindən Ölkə.az-a bildirilib ki, maliyyə yardımı üzrə mütəxəssis (Financial Aid Officer) axtarılır.
Maliyyə yardımı üzrə mütəxəssisin (Financial Aid Officer) işi aşağıdakı kimi təvir edilib:
- Tələbələr üçün maliyyə yardımı (təhsil haqqı güzəştləri, təqaüdlər və digər maliyyə dəstəyi) proqramlarını yaratmaq və tətbiqi mexanizmlərini hazırlamaq;
- Tələbələrin maliyyə yardımı ilə bağlı ehtiyaclarını müəyyən etmək və onlara məsləhətlər vermək;
- Maliyyə yardımı üzrə tələb olunan sənədləri toplamaq və təhlil etmək;
- Tələbələri maliyyə yardımı imkanları barədə məlumatlandırmaq və müvafiq maarifləndirmə işlərini həyata keçirmək;
- Maliyyə yardımı üçün müraciətləri qəbul etmək, dəyərləndirmək və tələbələrin uyğunluğunu müəyyənləşdirmək;
- Müvafiq hesabatlar hazırlamaq və aidiyyatı üzrə təqdim etmək.
Həmçinin bildirilib ki, mütəxəssis maliyyə, mühasibat, iqtisadiyyat və ya idarəetmə sahəsi üzrə ali təhsili, müvafiq sahədə minimum 2 il təcrübəsi, yüksək kommunikasiya bacarıqları, güclü müşahidə və analitik təhlil bacarıqları, İT və xarici dil bilikləri olmalıdır.
Bu vəzifədə çalışmaq istəyən şəxslər CV, ali təhsili təsdiq edən sənəd(lər)in surətini, müşayiətedici məktubu (motivasiya – maksimum 500 söz) təqdim etməlidirlər.
Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının “Maliyyə yardımı üzrə mütəxəssis” qeyd edilməsi vacibdir. 
Müraciət üçün son tarix: 24 fevral 2025-ci il
Elektron poçt ünvanı: hr@karabakh.edu.az
Qeyd edilib ki, universitetdə daimi əsaslarla çalışan əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə təmin olunacaqlar.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar