Sizin Reklam Burada
Xəbər lenti
19-02-2025
18-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qadın sahibkar 20 min CƏRİMƏLƏNDİ

Tarix: 16-02-2025 19:44     Baxış: 471 A- / A+
Qadın sahibkar 20 min CƏRİMƏLƏNDİ
"Efir-AZ" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) taksi sifarişi operatoru 20 000 manat miqdarında cərimələnib.
Manevr.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə protokol irəli sürülüb və iş məhkəməyə göndərilib.
"Efir-Az" MMC 99 UP 960 nömrə nişanlı "Toyota" və 99 BL 050 nömrə nişanlı "Mersedes"ə verilmiş taksi sifarişləri barədə məlumatların AYNA İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi müəyyən edilib.
Məhkəmənin qərarı ilə "Efir-Az" MMC-nin qanuni təmsilçisi və direktoru olan Abbasova Fidan Adil qızı İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə təqsirli bilinərək, 20 000 manat məbləğində inzibati cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə görə taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir."qaynarinfo"



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar