Xəbər lenti
Tramp Azərbaycanda işləmiş şəxsi onunla əvəzlədi - Məqsədi nədir?

Manevr.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O, yeni təyinatın nədən xəbər verdiyini belə izah edib.
"Pol Kapur Cənubi Asiya üzrə mütəxəssis sayılır. O, məşhur Stenford Universitetinin nəzdindəki Huver İnstitutunun aparıcı əməkdaşıdır. Onun təhqiqat sahəsinə Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qazaxıstan, Maldiv, Nepal, Pakistan, Şri-Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. Kapur 2020-2021-ci illərdə Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya, o cümlədən Hind-Sakit okean bölgəsi, ABŞ-Hindistan münasibətlərinin siyasətini müəyyənləşdirən planlaşdırma şöbəsində çalışıb. Kapur ABŞ Müdafiə Nazirliyi üçün də bu mövzularda hesabatlar hazırlayıb. Maraqlıdır ki, Tramp hind əsilli ekspertin mühüm vəzifəyə namizədliyini Hindistanın Baş naziri Narendra Modi ilə görüşdən sonra irəli sürüb. Pol Kapur ABŞ-ın Hindistanla sıx tərəfdaşlığını dəstəkləyir, Pakistanın siyasətinə isə münasibəti tənqididir. Bu baxımdan Kapurun dövlət katibi və prezident üçün hazırlayacağı hesabatlar ABŞ-Pakistan münasibətlərinə təsir edə bilər.
Yeni təyinat ondan xəbər verir ki, Tramp administrasiyası Cənubi və Mərkəzi Asiya bölgəsi ilə əməkdaşlığa diqqəti azaltmayacaq. Dövlət katibinin bölgə üzrə keçmiş müavini Donald Lu tez-tez bölgəyə səfər edərək, Mərkəzi Asiya ölkələrinin ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdırırdı. Məhz Donald Lunun təklifi ilə dəyəri 25 milyon dollar olan “Mərkəzi Asiya İqtisadi Davamlılıq Təşəbbüsü” irəli sürülmüşdü. Aydındır ki, Donald Tramp bu cür layihələri maliyyələşdirməyəcək. Eyni zamanda dövlət katibinin yeni müavini Pol Kapur ABŞ-ın bölgədə maraqlarının təmin edilməsi və Amerikaya gəlir gətirəcək ortaq layihələrin reallaşdırılması imkanlarını araşdıracaq. Bu çərçivədə Tramp administrasiyasının Cənubi və Mərkəzi Asiya ölkələrinə hərbi texnika satışı da mümkündür.
Vaşinqton Pol Kapur vasitəsilə Çini Cənubi və Mərkəzi Asiyada sıxışdırmaq üçün yollar arayacaq".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar