Sizin Reklam Burada
Xəbər lenti
18-02-2025
17-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda kişi Teleqramda tanış olduğu qadını küçədə döydü

Tarix: 15-02-2025 16:25     Baxış: 367 A- / A+

Bakının Nəsimi rayonunda 1992-ci il təvəllüdlü Fəqan Teleqramda tanış olduğu Sədaqətə (adlar şərti verilib – red.) müxtəlif dərəcəli xəsarətlər yetirib.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə “Memar Əcəmi” metrostansiyasının çıxışında baş verib.
İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan özünü təqsirli bilib.
İşə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəqan 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiq olunmasını, cəzasının şərti hesab olunmasını istəyib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. İşi araşdıran hakimlər heyəti apellyasiya şikayətini qismən təmin ediblər.
Təqsirləndirilən şəxsin cəzası aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzası ilə əvəz edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar