Böyrəklərin sağlamlığı birbaşa insanların nə yeyib içməsindən asılıdır.
Hollandiyada həddindən artıq çox süd içilməsi bir adamın reanimasiyaya düşməsinə və böyrəklərində ciddi fəsadların yaranmasına səbəb olub.
Manevr.az xəbər verir ki, Rotterdamdakı Masstaad xəstəxanasına yerləşdirilən kişi xəstə gündə 20 litrdən çox süd içib.
Pis yemək vərdişləri, həqiqətən, bir çox funksiyaları yerinə yetirən ən vacib orqanlardan biri olan böyrəklərimizi "öldürə" bilər. Böyrəklər qanın süzülməsindən, toksinlərin çıxarılmasından, su-duz balansının tənzimlənməsindən məsuldur.
Həkimin sözlərinə görə, böyrəkləri təhdid edən ən çox yayılmış vərdişlərdən biri həddindən artıq duz istehlakıdır.
Duz qəbulunu gündə bir çay qaşığı ilə məhdudlaşdırın. Yeməklərinizin dadını artırmaq üçün təbii ədviyyatlardan və otlardan istifadə edin. Turşu və duzu yüksək olan digər qidalardan daha tez-tez çəkinin. Xörək duzunun tərkibində olan natrium həddindən artıq olduqda, böyrəklər onu çıxarmaq üçün daha çox işləməyə məcbur olurlar. Zamanla bu, böyrək toxumasının zədələnməsinə gətirib çıxara bilər.
Həddindən artıq protein istehlakı da böyrəkləri “öldürür”. Həkim izah etdi ki, zülallar parçalananda azotlu birləşmələr əmələ gəlir ki, onları böyrəklər bədəndən çıxarmalıdır. Bədən qidadan çox protein alırsa, böyrəklər üçün təhlükəlidir”.“Medicina”
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar