Sizin Reklam Burada
Xəbər lenti
19-02-2025
18-02-2025
BÜTÜN XƏBƏRLƏR

Burda da yaxındır payız ömrumə! - Hikmət Nikbinin şeirləri

Tarix: 16-02-2025 20:07     Baxış: 3135 A- / A+
Hikmət Nikbin


***
Dəniz torpaqdımı, dəniz göydümü,
Suyundan bolluca köynək geyirdim,
Üzümü buluda tutub deyirdim,
dənizlər Tanrısı sevinir mənə!

Yaşamır oyanmaq, yatmaq qorxusun,
Verib insanlara dəniz yuxusun,
Allam nəfəsimə ətrin, qoxusun,
dənizlər Tanrısı sevinir mənə!

Gah özündən qaçır, gah özün qovur,
Baxdım, aynasında göy   üzün qovur,
Almır da, almır da nəfəs bir hovur,
dənizlər Tanrısı sevinir mənə!

Tanımır dənizi ev balıqları,
Sarı köynək dəniz sev balıqları,
Adamı qorxudur ov balıqları,
dənizlər Tanrısı sevinir mənə!

Gecəsi də, gündüzü də yol gəlir,
Dənizlər də, dənizlər də fəsildir,
Güzgüdəki uzaqlar, o nə sirdir,
dənizlər Tanrısı sevinir mənə!

***

Allahü-əkbər ey Sənəm, hüsnünə heyran olmuşam,
Qövsi-quzehdir qaşların, yayına heyran olmuşam!

                                   İ. Nəsimi

Bu dünyanın birdir gözü!

Dirin mənəm, ölün mənəm,
Sənin için, çölün mənəm,
"Allahü-əkbər ey Sənəm,
hüsnünə heyran olmuşam!

Uzaqdayam, yaxındayam,
Təkdəyəm, hər çoxundayam,
Varındayam, yoxundayam,,
"Mən küllı dövran olmuşam"!

Bir gün adamlıqdan qaçdım,
Günəşin gözünü açdım,
Gör, adamlara əlacdım,
"Dərd ilə dərman olmuşam"!

Yerlə göyün arasında
bulud çəkdim ağ dumandan.
Uzaqlaş adım amandan,
"Aləmdə dastan olmuşam"!

Payız itirir bənizin,
Ağaclar ağlayır özün,
Bu dünyanın birdir gözü,
"Mən küllı insan olmuşam"!

Atadı, əmidi, dədədi,
Vallahi, ay da bəndədi,
Kafir, bütpərəst hamı dindədi,
"Haqq ilə yeksan olmuşam,

Çox uzatdım sözlərimi,
Verim sənə gözlərimi,
Sən Tanrını gözləyimmi,
"Misirdə sultan olmuşam"!

Dirin mənəm, ölün mənəm,
Sənin için, çölün mənəm,
"Allahü-əkbər ey Sənəm,
Hüsnünə heyran olmuşam"!

***

Nəyəm, dünya?

Gahdan qələm? Gahdan pozan?
Tapan? İtirdiyin yozan?
Sözdən qaçan? Şeir yazan?
Nəyəm, dünya?

Gahdan şamam? Gahdan yağmur?
Şam, yağmur məni ovutmur,
Nə yandırmır, nə islatmır,
Nəyəm, dünya?

Gün işığı? Ya toranam?
Ümidsizəm? Qəhrəmanam?
Tövratam? İncil? Quranam?
Nəyəm, dünya?!

Gahdan sevinc? Gahdan hər qəm?
Üfüqəm? Üfüqə qərqəm?
Torpağam? Göyəm? Bərzəxəm?
Nəyəm, dünya?

Birə birəm? Yüzə yüzəm?
Kor ümidəm? Gülən gözəm?
Atəşəm? Donmuş dənizəm?
Nəyəm, dünya?

Bədəndə can? Canda vətən?
Torpağam? Ya torpağa dən?
Gizlin? Məlum? Oğul? Dədə?
Nəyəm, dünya?

Min dünyayam? Bir ovucam?
Tamaşaçı? Oyunçuyam?
Darağam? Ya baş tacıyam?
Nəyəm, dünya?

Suyam? Su çəkən kağızam?
Nəfərəm? Ədədəm? Tozam?
Çarmıxda da ağrısızam!
Nəyəm, dünya?

***

Vallah, dünya özü elə bir dindir!

Kimdir adı, nədir adı dünyanın,
Vaxtı kişi, vaxtı qadın dünyanın,
Çıxım gedim, tanımadım dünyanı,
bir bilirəm qarnı üstə sürünür.

Çöldən içə, içdən çölə bir dinmiş,
Hər axşamın, günün dilə, bir dinmiş,
Vallah, dünya özü elə bir dinmiş,
yarı göydə, yarı yerdə sürunür.

Gecəsindən ay çəkməyir gözünü,
Harda saldı, harda tapdı özünü,
deyim ömür verməz haqda düzünü,
nəyə gəldi, kimə gəldi bürünür.

Tövrat, İncil, Büt, Quranın içində,
Söz-söhbətin, vur-vurranın içində,
Özü qalıb quru qanın içində,
Tanrıdırsa yeri, yeri görünür.

Hikmət Nikbin arabaya qoş gedir,
Bu halıyla hamıya da xoş gedir,
bahar gedir, payız gedir, qış gedir,
Çobandırsa hara sürür sürünü?


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar