Xəbər lenti
Şurnux Azərbaycana qayıtdı - ŞƏKİL
Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Gorus rayonunda yerləşən Şurnux kəndinin qərb hissəsi artıq Qubadlı rayonunun ərazisidir.
Manevr.az-ın milli.az-a istinadən məlumatına görə, bunu əks etdirən lövhə artıq Şurnux kəndindədir.
Azərbaycanın Ermənistanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi nəticəsində kəndin qərb hissəsi, 12 evdən ibarət ərazi Qubadlı rayonuna qaytarılıb. Həmin ərazi Birinci Qarabağ Savaşı dönəmində işğal olunmuşdu.
Demarkasiya prosesi ötən ilin dekabrın 24-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və Rusiya sülhməramlılarının iştirakı ilə başlanmışdı.
12 evin yerləşdiyi ərazi Gorus-Qafan yolunun şərqində, Azərbaycan ərazisində yerləşir.
1920-ci illərdə Zəngəzurun Şurnux kəndində yalnız azərbaycanlılar yaşayırdı. Daha sonra kənd hərbi dəstələr tərəfindən etnik təmizliyə məruz qaldı. Ermənilər orada yaşamağa başladılar. Lakin sonrakı onilliklərdə bir çox azərbaycanlı Şurnuxa qayıtdı. 1947-ci il dekabrın 23 tarixində Sovet İttifaqı Nazirlər Soveti 4083 saylı qərar qəbul etdi. Qərara görə Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Azərbaycan SSR-nın Kür-Araz vadisinə yerləşdirildi. 1953-cü il Stalinin ölümündən sonra şurnuxlu türklər kəndə qayıtdılar. Azərbaycan mənbələrinə görə, 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayırdı. 1988-ci ildə "Artsax hərəkatı" zamanı, noyabr ayında onlar Şurnuxdan yenidən deportasiya edildilər.
Kənd rayon mərkəzindən 17 km cənub-şərqdə, Şurnuxu çayının sol sahilində, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində yerləşir.
Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasında işlənən "çırnox" sözünün fonetik forması olan "şumux", "şırnıx" sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin Qazax dialektində "sürətlə axın" mənasında "şırnoy" sözü də işlənir.
Şurnux kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi. Gorus rayon mərkəzindən 27 km cənubda, meşənin içərisində, Qafan-Gorus magistral yolunun kənarında, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşmişdi. 1988-ci ildə kənddə 100 ev, 800-ə yaxın əhali var idi. Kənddə ən qədim zamanlardan son illərə (1989) qədər yalnız azərbaycanlılar yaşamışdır. Şurnux kəndinin ətrafında qədim kilsənin və qəbiristanlığın qalıqlarının, Kəpəz dağı adlanan yerdəki ibadətgahın (pir) olması bu kəndin qədim tarixə malik olduğunu göstərən faktlardır.
Şurnux kəndinin yaxınlığında vaxtilə Ağvanlı adlı azərbaycanlı kəndi olmuş, 1918-ci ildə həmin kənd dağıdılmış və sonra bərpa edilməyib. Ağvanlı toponimi də bu yerlərin qədim Albaniya ilə bağlılığını göstərən tarixi faktdır.
1948-1952-ci illərin deportasiyası zamanı digər azərbaycanlı kəndləri kimi, Şurnux camaatının da bir hissəsi köçüb Azərbaycana gəlmiş, Bakı, Sumqayıt, Ağdam, Mingəçevir və Bərdə şəhərlərində məskunlaşmışdılar.
Ermənilərin apardıqları milli ayrı-seçkiliyə baxmayaraq, 70-80-ci illərdə Şurnux kəndi xeyli inkişaf etmişdi. Kənddə müasir tipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür şəraiti olan xüsusi evlər tikilmişdi. 1988-ci il noyabrın sonlarında Gorus rayon partiya və hökumət rəhbərliyinin təşkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən, Şurnux kəndinin camaatı zorla deportasiya olunaraq, Azərbaycana qovuldular. Kənd camaatının böyük əksəriyyəti ev əşyalarını çıxarda bilmədilər. Evlərin çoxu dəyişilməmiş qaldı.
Qarabağ uğrunda gedən döyüşlərdə Şurnuxudan 5 nəfər şəhid olmuşdu (Niftəliyev Azər Bayram oğlu - baş leytenant, ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdu; Ağayev Mehman Müseyib oğlu, Şükürov Seymur Şəmil oğlu, Adıgözəlov Elşən Telman oğlu, Muradov Elbariz Cənnət oğlu).
Xatırladaq ki, görkəmli alim, Azərbaycanda oftolmologiya elminin banilərindən biri, akademik Ümnisə xanım Musabəyova Şurnuxda anadan olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar