Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən hərbçilərin pensiyaları ilə bağlı açıqlama

Tarix: 30-10-2025 20:58     Baxış: 321 A- / A+
Hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı qaydalarda təkmilləşdirmə aparılıb.
Manevr.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Nazirlər Kabinetinin yeni qərarı ilə hərbi qulluqçulara və pensiya təminatı zamanı onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiya təyinatı ilə bağlı qaydalar vahid normativ aktda birləşdirilib.
Belə ki, bu vaxta qədər hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması, habelə bu barədə məlumatların təqdim olunması kimi eyni tənzimləmə sahəsinə aid və bir-biri ilə əlaqəli işlər müxtəlif qaydalar əsasında aparılırdı.
Bu sahədə müasir normayaratma tələblərinə uyğun təkmilləşdirmə işləri yerinə yetirilib və artıq bu istiqamətdə proseslər vahid normativ hüquqi akt, yəni yeni qərarla təsdiq edilmiş "Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları" əsasında aparılacaq.
Nazirlər Kabinetinin yeni yərarı müvafiq qanunvericilikdə texniki xarakterli bir sıra dəyişiklikləri də nəzərdə tutur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar