Xəbər lenti
Arvadının başını keçəl edən dövlət qulluqçusu Tamerlan Məmmədov HƏBS EDİLDİ
Nərimanov Rayon Məhkəməsində həyat yoldaşının saçını qırxaraq işgəncə verməkdə təqsirləndirilən Tamerlan Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.Prosesdə təqdimat təmin edilib və qərar qəbul olunub. Məhkəmənin qərarı ilə T.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bir neçə gün əvvəl qadının həyat yoldaşı tərəfindən döyülərək saçının qırxılması və işgəncə verilməsi ilə bağlı video sosial şəbəkədə paylaşılıb. Həmin video ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb. Araşdırmalarla həmin videonun T.Məmmədov tərəfindən paylaşıldığı müəyyən edilib.
Keçirilən əməliyyat tədbirləri ilə T.Məmmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































