Xəbər lenti
"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı keçirilib
"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi.Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair - qəzəlxan Lilpar Cəmşidqızı açıb. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra əlavə elədi ki, bu il Azərbaycanın bütövlüyü uğrunda canından keçən 44 günlük Vətən müharibəsi şəhidlərinin beş ili tamam oldu.
Tədbirin iştirakçıları bir dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərini yad elədi. Sonra, ilk olaraq sözü Azərbaycan Yazıçılar Birliyininin üzvü, iki "Divan" müəllifi, ustad şairə Gülarə Munisə verdi. Gülarə Munis, məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı və qəzəllərindən bir neçəsini səsləndirdi. Pirşağıdan gələn, tanınmış şair-qəzəlxan, Prezident təqaüdçüsü Əşrəf Pirşağılaya söz verildi. Ustad Şair, Ədəbi Məclisin Əruzun və gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclis rəhbərinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və axırda qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğluna söz verildi. O da məclisə xeyir-duasını verəndən sonra, iştirakçılara uğurlar arzuladı və ayda bir dəfə keçirilən məclisin bütün iştirakçılarının şeirlərini öz qəzetində dərc edəyəcini bildirdi. Məclisə ilk dəfə gələn, İlhamə Müslümova və Namiq Müslümov, Türkiyə və Azərbaycan şairlərinin birgə yazdığı, 63 şəhidə həsr olunmuş "1 Şəhid, 1 Hekayə, 1 Şeir adlı kitabın 4-cü cildinin araya-ərsəyə gəlməsindən danışdılar və öz şeirlərindən bir neçəsini səsləndirdilər. Sonra növbə ilə digər şairlərə söz verildi və onlar da növbə ilə hər biri öz şeirlərini səsləndirdi. Məclisdə iştirak edən şairlərdən həkim-şair Səadət Salmanqızı, Gülnarə Zeynalova, Ziyafət Tovuzlu, Hatəm Əsgərov şeirlərindən səsləndirdi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























