Xəbər lenti
Vatsapla bağlı xəbərdarlıq – Hesablar oğurlanır...
Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində Vatsap istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri artıb.Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı halda istifadəçilərin Vatsap hesabları oğurlanır.
Daha sonra onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir.
ETX vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
- Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.
- Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
- OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
- Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
- Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.
- Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
- Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































