Sizin Reklam Burada
Xəbər lenti
28-10-2025
27-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ruhani və Zərifin sözləri gərginlik yaratdı - İran və Rusiyanın arası dəydi

Tarix: 28-10-2025 21:06     Baxış: 325 A- / A+
“Rusiya və İran Qərbin təzyiqlərinə qarşı hər zamankindən daha yaxın olmalıdır”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran KİV-ə müsahibəsində deyib.

“İnanmıram ki, ölkələrimiz arasında etimadsızlıq olsun. Çox çətin bir dövrdəyik, indi əvvəlkindən daha çox əməkdaşlıq etməliyik”, - o bildirib.
Ryabkov əlavə edib ki, Rusiya İranla iqtisadiyyat, maliyyə, nəqliyyat və nüvə enerjisi sahələrində əməkdaşlığı genişləndirməyə hazırdır:

“Rusiya və İran hələ də nüvə sahəsində güclü tərəfdaşdır, ABŞ və Avropa İttifaqı İranın nüvə fəaliyyətini hərbi təhdid və sanksiya bəhanəsi kimi istifadə edir. Bu davranışı qlobal təhlükəsizlik və insan rifahı üçün zərərli hesab edirik və İranla birlikdə ona qarşı dayanırıq”.

Açıqlama Tehranda Rusiyanın İranın xarici siyasətindəki mövqeyi ətrafında yaranan yeni siyasi mübahisələr fonunda verilib.

Son günlər keçmiş prezident Həsən Ruhaninin sosial şəbəkələrdə yayılan videosunda qeyd olunub ki, 2010-cu ildə Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında İran əleyhinə sanksiya qətnamələrinə səs verib. Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də bəyan edib ki, Moskva həm İranın dünya ilə normal əlaqə qurmasını istəmir, həm də onu digər ölkələrlə birbaşa qarşıdurmaya girməkdən çəkindirir.

İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf buna cavab olaraq söyləyib ki, Rusiya ilə strateji əməkdaşlıq inkişaf edərkən, onların mövqeləri bu prosesi zədələyib.

Keçən ay Fransa, Almaniya və Böyük Britaniya BMT-nin “tətik mexanizmi”ni aktivləşdirərək İran əleyhinə sanksiyaları bərpa etdikdən sonra diplomatik gərginlik artıb. Bu ölkələr İranı nüvə öhdəliklərini pozmaq və AEBA-nın yoxlamalarının qarşısını almaqda ittiham ediblər. Rusiya xarici işlər naziri Sergey Lavrov bundan sonra bu mexanizmi Məhəmməd Cavad Zərif tərəfindən hazırlanmış “İran üçün hüquqi tələ” kimi qiymətləndirib. Zərifin Lavrov və Rusiyaya yönəlik cavabı sərt olub. teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar