Sizin Reklam Burada
Xəbər lenti
27-10-2025
25-10-2025
BÜTÜN XƏBƏRLƏR

Kişilərdə süd vəzi xərçəngi artır

Tarix: 27-10-2025 15:17     Baxış: 316 A- / A+
Kişilərdə süd vəzi xərçəngi artırAzərbaycanda kişilərdə süd vəzi xərçənginin aşkarlanmasında artım müşahidə olunur.
Manevr.az xəbər verir ki, bunu report-a açıqlamasında həkim-onkoloq Nərmin Axundova "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə mübarizə ayı" adlı tədbir çərçivəsində deyib.
Onun sözlərinə görə, bu artım xəstəliyin artması hesabına qeydə alınmır, sadəcə olaraq ölkədə kişilər də süd vəzi xərçəngi riskini gözə alaraq müayinələrə cəlb edilir:
"Çünki əvvəllər kişilər süd vəzi xərçəngi üçün müayinələrə gəlməkdən utanırdılar. Nəticədə daha gecikmiş mərhələlərdə müraciət edirdilər. Süd vəzi xərçənginin çox ağır ağrı simptomları yoxdur. Ona görə də kişilər həkimə müayinəyə yalnız gilənin batması, yaxud toxunduqda ağrı hiss etmələri səbəbindən gəlirdilər. İndi isə dəyişiklik hiss olunur və kişilər daha erkən vaxtlardan müayinələrə cəlb olunurlar".
Həkim-onkoloq həmçinin bildirib ki, hazırda hər səkkiz qadından birində süd vəzi xərçəngi aşkarlanırsa, bu göstərici kişilərdə daha azdır.
Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar