Taylandın Baş naziri Anutin Çarnvirakul Kraliça Sirikitin vəfatı ilə əlaqədar şənbə günü Malayziyada keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 47-ci sammitinə səfərini ləğv edib.
Manevr.az “Bangkok Post”a istinadən xəbər verir ki, baş nazirin yerinə sammitdə Taylandın xarici işlər naziri Sihasak Phuangketkeou iştirak edəcək.
Məlumatda qeyd edilir ki, Anutin bazar günü Kamboca ilə sazişin imzalanma mərasimində iştirak etməyi planlaşdırırdı. Lakin ABŞ nümayəndə heyətinin qrafik dəyişikliklərinə uyğunlaşa bilməməsi halında sənədi onun adından Sihasak imzalayacaq.
ASEAN sammiti bazar günü Kuala-Lumpurda başlayacaq və çərşənbə axşamına qədər davam edəcək. Görüşdə Kamboca və Tayland arasında sərhəd mübahisəsi ilə bağlı atəşkəs razılaşmasından sonra sülh sazişinin imzalanması gözlənilir. Bu münaqişə daha əvvəl onlarla insanın ölümü və yaralanması ilə nəticələnmişdi.
Anutin Çarnvirakul həmçinin çərşənbə axşamından şənbə gününə qədər Cənubi Koreyanın Gyeongju şəhərində keçirilən 32-ci Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Liderlər Toplantısına da qatılmayacaq. Hökumət rəhbərini bu tədbirdə də Sihasak Phuangketkeou təmsil edəcək.
Xatırladaq ki, Tayland kralı Vajiralonqkornun anası Kraliça Sirikit oktyabrın 24-də 93 yaşında Banqkokda vəfat edib.apa
Xəbər lenti
Taylandın Baş naziri Kraliça Sirikitin ölümünə görə ASEAN sammitinə səfərini ləğv edib

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























