Xəbər lenti
Ermənilər Sədərəkdə bunu etmək istəyir
Arazdəyən-Sədərək dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq.Bu iddia ilə “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan çıxış edib.
Revanşist qüvvələrə yaxın olan deputat regional kommunikasiyanın açılması ilə blokadanın aradan qalxacağını real hesab etmir. O təklif edir ki, Ermənistanın dalandan çıxması üçün Arazdəyən-Sədərək dəmir yolu tikilməlidir.
“Bu yol açılmadan “Tramp marşrutu” (Zəngəzur dəhlizi - red) tam fəaliyyət göstərə bilməz. Bu yol (Zəngəzur dəhlizi) təkcə 42 kilometri deyil, Arazdəyənə gedən bütün marşrutu əhatə etməlidir”, - o iddia edib.
Qeyd edək ki, Ermənistanda revanşist qüvvələr Vaşinqton anlaşmalarına, o cümlədən Zəngəzur dəhlizinin “Tramp marşrutu” adı altında açılmasına qarşı çıxır. Arazdəyən-Sədərək dəmir yolu xətti məsələsinin ortaya atılması da “arqumentlərini” gücləndirmək məqsədi daşıyır. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































