“2025-ci ildə müəllimlərin işə qəbulu imtahanlarına müraciət edənlərin 33 faizi ilk dəfə, 66 faizi təkrar müraciət edənlərdir. İmtahanlara təkrar müraciət edənlərin əksəriyyəti, təxminən 30 faizi imtahana gəlmir. Bu da müəyyən bir problem yaradır”.
Manevr.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, MİQ-ə dövlət müəyyən vəsait ayırır: “Biz ildə təxminən müəllimlərin işə qəbulu imtahanlarına 2,5-3 milyon manat vəsait ayırırıq. Onlar imtahana gəlmədiyi üçün bunlara sərf olunan xərclər əsasız xərclər hesab edilir. Bu təqribən 500-600 min manat civarındadır. Bu məbləğə təxminən 200 tələbənin təhsil haqqı xərclərini ödəyə bilərik. Düşünürük ki, təkrar müraciət edib müsabiqədə iştirak etmək istəyənlərin məsuliyyəti artacaq”.ölkə.az
Xəbər lenti
Müraciət edib imtahana gəlmirlər: 500-600 min manat zərər edilir

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































