Sizin Reklam Burada
Xəbər lenti
24-10-2025
BÜTÜN XƏBƏRLƏR

Kirayə mənzil qiymətləri artacaq? - AÇIQLAMA

Tarix: 25-10-2025 12:46     Baxış: 436 A- / A+



2026-cı ilin Dövlət Büdcəsi Haqqında Qanuna əsasən, yaşayış evini kirayə verən şəxs aylıq gəlirinin 10 faizi məbləğində vergi ödəyəcək. Hazırda 14 faizdir, amma demək olar ki ödəniş həyata keçirilmir. Səbəb isə kirayə müqaviləsinin bağlanmamasıdır. 
Manevr.az xəbər verir ki, bunu əmlakçılar da təsdiqləyir. Onların sözlərinə görə, ev sahibləri müqavilə bağlamağa maraqlı deyillər. Müqavilə bağlananda da onlar kirayə haqqını az göstərirlər. Burda əsas məsələ nəzarətin gücləndirilməsidir. 
Bəs bu nəzarət hansı formada olacaq?
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Sədri Vüqar Oruc açıqlama verərək bildirib ki, müvafiq icra qurumları bu vergilərin yığılmasında çox böyük önəm verəcək. Çünki hazırda 80 faizdən çox bu cür kirayə münasibətləri rəsmiləşdirilməyib. Bu qanunsuzdur, İnzibati Xətalar Məcəlləsinə görə 40 manata qədər cərimə etmək nəzərdə tutulub. 
Bəs məcburi kirayəyə cəlb etmə qiymətləri artıracaq? 
Sədr qeyd edir ki, bu artımdan sonra istər-istəməz qiymətlər artacaq. Yəni, sahibkar vergi verir deyə bu da qiymətlərə öz təsirini göstərəcək. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar