Alimlər mədə xərçənginin dərmanını tapıb.
Manevr.az xəbər verir ki, tədqiqat "BMJ Oncology" jurnalında dərc olunub.
Avstraliyanın Olivia Newton-John Onkologiya Tədqiqat İnstitutunun (ONJCRI) mütəxəssisləri müəyyən ediblər ki, şişlərin böyüməsində sinir sisteminin iki komponenti - neyropeptid CGRP və onun RAMP1 reseptoru rol oynayır. Normal halda bu molekullar sinir impulslarını və qan dövranını tənzimləyir, lakin xərçəng zamanı hüceyrələrin bölünməsini stimullaşdırır və şişlərin inkişafını sürətləndirir.
Alimlər gen mühəndisliyi vasitəsilə şiş hüceyrələrindən RAMP1 reseptorunu çıxarıblar və nəticədə onların böyüməsi kəskin yavaşlayıb. CGRP fəaliyyətini bloklayan dərmanlar artıq migren müalicəsində istifadə olunduğundan, tədqiqatçılar onları onkoloji xəstəliklərə qarşı yönəltməyi təklif ediblər.
ONJCRI laboratoriyasının rəhbəri və işin baş müəllifi Dr. Liza Milke bildirib ki, bu nəticələr sinir sistemini xərçəng müalicəsi üçün hədəf kimi nəzərdən keçirməyə imkan verir. O əlavə edib ki, CGRP-ni bloklayan dərmanlar yaxşı öyrənilib və təhlükəsizdir, buna görə klinik sınaqlara sürətlə tətbiq oluna bilər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, bu kəşf daha yumşaq və komfortlu müalicə sxemlərinin yaradılmasına imkan verəcək, belə ki, onkoloji terapiya effektivliyi mövcud dərmanların aşağı toksikliyi ilə birləşdirilə bilər.(milli.az)
Xəbər lenti
Alimlər mədə xərçənginin dərmanını tapdı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































