Sizin Reklam Burada
Xəbər lenti
25-10-2025
24-10-2025
BÜTÜN XƏBƏRLƏR

Zibilliyi fürsətə çevirdilər – Çinli cütlük milyarder oldu

Tarix: 25-10-2025 23:13     Baxış: 328 A- / A+
Zibilliyi fürsətə çevirdilər – Çinli cütlük milyarder olduAfrikada gigiyena məhsullarının çatışmazlığını fürsətə çevirən Çinli sahibkar cütlük Şen Yançanq və Yan Yanjuan bu gün illik gəliri 450 milyon dollara çatan nəhəng bir şirkətin sahibləridir.

Cütlüyün qurduğu Sunda International Group şirkətinin illik gəliri 3,2 milyard yuana (təxminən 450 milyon dollar) çatır.

Hekayə, Harbin Mühəndislik Universitetinin məzunları olan Şen Yançanq və onun həyat yoldaşı Yan Yanjuanın 2000-ci ildə Quançjou şəhərində kiçik bir ixrac ofisi açması ilə başlayıb.

İlk illərdə onlar Afrikaya tikinti materialları və əsas istehlak malları ixrac edirdilər. Lakin qısa müddət sonra Nigeriyada gigiyena məhsullarının çatışmazlığını müşahidə edən cütlük bu sahədə böyük bir fürsət olduğunu görür.

Həmin dövrdə Şen Yançanq Nigeriyada satınalma müdiri kimi çalışırdı və yerli əhalinin, xüsusilə də qadınların və körpələrin gigiyena məhsullarına çıxışda çətinlik yaşadığını fərq etmişdi.

Bu təcrübə onların Afrikaya yönəlmiş davamlı biznes strategiyasının başlanğıcı oldu.

2004-cü ildə cütlük Qanada ilk istehsal zavodunu açır. Sunda International burada və digər Afrika ölkələrində yerli qadınların və ailələrin ehtiyaclarına uyğun, sərfəli gigiyena məhsulları istehsal etməyə başlayır.

Araşdırmalar göstərdi ki, qitədə bir çox qadın hələ də menstruasiya dövründə parça, köhnə bez və ya yarpaq kimi vasitələrdən istifadə edir. Şirkət bu vəziyyəti dəyişdirmək üçün ucuz, lakin keyfiyyətli sanitar məhsullar təqdim etdi.

Şirkətin əsas prinsipi belə idi: "Keyfiyyətli məhsulları yerli əhalinin ala biləcəyi qiymətlərlə təqdim etmək."

Bu yanaşma nəticəsində Sunda markası təkcə uşaq bezləri ilə deyil, həm də böyüklər üçün bezlər və şəxsi baxım məhsulları ilə bazarda sürətlə böyüdü.

Mütəxəssislərin proqnozuna görə, Afrikanın əhalisi 2050-ci ilə qədər 2,5 milyarda çatacaq. Qitədə orta təbəqənin genişlənməsi və gigiyena şüurunun artması Sunda International şirkətinin inkişafını daha da sürətləndirir. milli.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar