Sizin Reklam Burada
Xəbər lenti
27-10-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Konservatoriyanın 5 əməkdaşı işdən çıxarıldı - 2 departament ləğv edildi

Tarix: 27-10-2025 22:05     Baxış: 424 A- / A+


Azərbaycan Milli Konservatoriyasında (AMK) 5 əməkdaş işdən çıxarılıb, qanunsuz yaradılmış 2 departament ləğv edilib.

Ölkə.az xəbər verir ki, bu barədə Milli Konservatoriyasından bildirilib.

Qeyd edilib ki, hazırda AMK-da iş fəaliyyətinin düzgün planlaşdırılması, əmək funksiyalarının təkrarlanmasının aradan qaldırılması və bununla da maksimum effektivliyə nail olunması, həmçinin tədris prosesinin təşkili və tədrisin keyfiyyətinə nəzarət mexanizmində davamlılıq və optimallığının təmin edilməsi məqsədilə struktur islahatları həyata keçirilir: “Ştat vahidlərinin ixtisara salınması və optimal işçi sayının müəyyənləşdirilməsi maliyyə resurslarının düzgün bölüşdürülməsi və ondan səmərəli istifadə edilməsi zərurətindən irəli gəlir”.

Struktur islahatları çərçivəsində AMK-da 5 əməkdaşla bağlanılmış əmək müqaviləsinə xitam verildiyi vurğulanıb.

Əlavə olaraq, mövcud normativlərə görə bir struktur vahidinin (şöbə, sektor, departament və s) yaradılması üçün tələb olunan minimum ştat sayı gözlənilmədən qanunsuz olaraq yaradılan 2 departament - Beynəlxalq Əlaqələr Departamenti (1 ştat vahidi Departament müdiri, 1 ştat vahidi mütəxəssis və 1 ştat vahidi inspektordan ibarət olmaqla) və İnsan Resursları Departamenti (1 ştat vahidi Departament müdiri, 1 ştat vahidi kadrlar üzrə mütəxəssisdən ibarət olmaqla) ləğv edilib.

Optimallaşma nəticəsində müvafiq departamentlərin vəzifə funksiyalarına aid olan məsələlər digər Şöbə və Mərkəzlərin funksiyalarına daxil edildiyi qeyd edilib. Həmçinin AMK-da tələbə sayının azlığını, tədris ili ərzində 2 dəfə (qış və yay sessiyaları) imtahanların təşkil edilməsini nəzərə alaraq, ayrıca fəaliyyət göstərən İmtahan Mərkəzi tədris ilinin digər dövrlərində hər hansı funksiya icra etmədiyinə görə, sözügedən Mərkəz də ləğv edilib. Mərkəzin funksiyaları Tədrisin təşkili və keyfiyyət təminatı şöbəsinə həvalə edilib.

Eyni zamanda bildirilib ki, struktur islahatları çərçivəsində ixtisara düşən ştat vahidlərində çalışan 7 əməkdaşa onların təhsil və iş təcrübələrinə uyğun olaraq, alternativ vəzifələr təklif edilmiş və nəticədə onlar digər vəzifəyə keçirilib. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar