Xəbər lenti
95 oktanla işləyən maşına 92 yanacaq vurmaq olar?
Bəzən sürücülər zavodun tələb etdiyi Aİ-95 markalı benzin əvəzinə, imkansızlıqdan 92 markalı benzin istifadə edir və mühərrikdə yaranan detonasiya probleminin qarşısını almaq üçün oktanartırıcı qatqılardan yararlanırlar. Bu üsul düzgün tətbiq olunduqda mühərrikə zərər vermir, əksinə, onun daha sabit və səssiz işləməsini təmin edir.Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib.
“95 oktanla işləyən avtomobilə 92 oktanlı yanacaq tökəndə mühərrikdə detonasiya hiss olunur. Bunun əmələ gəlməməsi üçün əlavə qatqılardan və oktan artırıcılardan istifadə edilir. Əgər bu qatqılar düzgün miqdarda tətbiq edilərsə, mühərrikdə heç bir zərər yaranmır, katalizator da sıradan çıxmır. Detonasiyanın olmaması həm də mühərrikin daha sakit və normal işləməsinə, yüksək temperaturdan qorunmasına gətirib çıxarır”, - o bildirib.
Ağabəylinin sözlərinə görə, sürücülər bu üsulla həm mühərriki qoruyur, həm də müəyyən qədər - litrinə 50 qəpik - qənaət edirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































