Xəbər lenti
İcra başçıları əndişədə - Növbə kimdədir?
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsiya və vəzifə cinayətləri ilə mübarizə istiqamətində apardığı əməliyyatlar davam edir. Bu dəfə hədəfdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev olub.Balakəndə keçirilən əməliyyat zamanı icra başçısı ilə yanaşı bir neçə vəzifəli şəxs də saxlanılıb. İcra başçılarının müavinləri, rayonun baş memarının da tutulduğu deyilir. Onların barəsində araşdırmalar aparılır. 2011-ci ildən Balakən rayonuna rəhbərlik edən İslam Rzayevin korrupsiyaya bulaşdığı ehtimal edilir.
Xatırladaq ki, bundan əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev də DTX-nin əməliyyatı ilə həbs edilmişdi. O, qulluq mövqeyindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Şəkiliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə əvvəlcə 4 aylıq, daha sonra isə əlavə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Prezident İlham Əliyev hər iki məmurun vəzifədən azad olunması barədə sərəncam imzalayıb.
İslam Rzayevin həbsi ilə icra başçılarından dəmir barmaqlıqlar arxasına düşənlərin sayı 10-a yüksəlib. Bunun ardınca yeni əməliyyatların da ola biləcəyi istisna edilmir.
Son hadisələr göstərir ki, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlar üçün “toxunulmazlıq” dövrü başa çatır. Prezidentin dəfələrlə vurğuladığı kimi, dövlətin siyasəti şəffaf idarəçiliyin təmininə, vətəndaşlara xidmət prinsipinin möhkəmləndirilməsinə yönəlib.
Artıq bir çox rayon rəhbərləri ciddi narahatlıq içindədir. Antikorrupsiya əməliyyatları zəncirvari şəkildə davam edəcəyi üçün “növbə kimdədir?” sualı bir çox icra başçları üçün əsas müzakirə mövzusuna çevrilib.
Manevr.az-ın xəbərinə görə, modern.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, hər bir vəzifəli şəxs üçün qanuni araşdırma tamamilə normal bir prosedurdur:
"Son aylarda bir neçə rayonda əməliyyatlar aparılıb və həbslər həyata keçirilib. Bildiyimiz kimi, məsələ hüquq-mühafizə orqanlarının araşdırması altındadır və yekun nəticəni yalnız istintaq və məhkəmə müəyyən edə bilər.
Əsas olan budur ki, proses qanun çərçivəsində, obyektiv şəkildə və ədalət prinsipinə uyğun aparılsın. Hər bir vəzifəli şəxs üçün qanuni araşdırma tamamilə normal bir prosedurdur və ittihamlar yalnız məhkəmənin qərarı ilə təsdiqlənir.
Bu kimi hadisələr dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət prinsipinin gücləndirilməsinə xidmət edir. Azərbaycan dövləti dəfələrlə göstərib ki, qanun qarşısında hamı bərabərdir və istənilən iddia hüquqi müstəvidə araşdırılır.
Dövlət üçün əsas məqsəd dövlət idarəçiliyində etimadı, dürüstlüyü və vətəndaş məmnuniyyətini artırmaqdır. Gərək vəzifəli şəxslər vəzifələrindən irəli gələn məsuliyyəti dərk etsin və xalqa xidməti birinci yerə qoysun".
R.Nurullayev son zamanlar həbs olunan icra başçılarının Ramiz Mehdiyevin kadrları olub-ola bilməyəcəyi ilə suala cavab olaraq bildirib: "Bu adamların Ramiz Mehdiyevin kadrları olması ilə bağlı bir şey deyə bilmərəm. Mən Ramiz Mehdiyevi həyatımda heç vaxt yaxından, heç uzaqdan da görməmişəm. Eyni zamanda kimləri necə vəzifələrə yerləşdirib, bu məsələləri də açığı mən bilmirəm. Kənarda olmuşam. O baxımdan deputat olana qədər heç bir icra bşaçısı ilə ünsiyyətim olmayıb, tanımamışam. İndi-indi mən dövlət adamlarını tanımağa başlamışam. Ona görə də, mən bu qiyməti verə bilmirəm".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































