Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

"20 Yanvar"da taksi XAOSU: Polis hərəkətə keçdi

Tarix: 30-10-2025 21:48     Baxış: 329 A- / A+
Bakının Nəsimi rayonunda taksi sürücülərinin qaydaları pozması ilə əlaqədar tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Bakının Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyası ətrafında baş verən xaos və sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
20 Yanvarda taksi XAOSU: Polis hərəkətə keçdi
"Dövlət Yol Polisi əməkdaşları və Post Patrul Xidmətinin naryad qrupları ərazidə fəaliyyət göstərən bəzi taksi sürücülərinin sərnişin götürmək məqsədilə dayanma-durma qaydalarını pozduqlarını və hərəkət intensivliyinə mane olan digər halları müəyyən edərək, bunun qarşısının alınması istiqamətində tədbirlər görür.

Ərazidəki qayda pozuntularının aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət gücləndirilib", - deyə E.İbrahimov bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar