Xəbər lenti
Azərbaycanın Zəfərindən Qafqazın inkişafına gedən yol - Şərh

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi zəfərdən sonra Cənubi Qafqazda formalaşan yeni düzən Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində anlaşmanın əldə edilməsinə imkan yaratdı.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, şanlı Zəfərimizin regiona gətirdiyi sülhün starteji, siyasi və təhlükəsizlik aspektləri ilə yanaşı iqtisadi təsirləri də az deyil. “Bir müddət öncə “Moody’s” beynəlxalq reytinq agentliyinin qeyd etdiyi kimi, anlaşma regional sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişaf yönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər. Qafqazdakı sülh Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını daha da dəstəkləyə bilər. Belə ki, sülh regionda daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacağı gözlənilir. Xarici investorlar sülhün əldə edildiyi Qafqaza sərmayə qoyuluşlarında daha maraqlı olacaqlar”, - o vurğulayıb.
Deputat əlavə edib ki, uzun müddət regiona sərmayənin cəlb edilməsinə təsir göstərən faktorlardan biri də konfliktlər olub: “Azərbaycan Prezidentinin yeni dövrünün yeni hədəflərinə uyğun olaraq qeyri neft-qaz sektoruna daha çox sərmayənin cəlb edilməsi əsas prioritetlərdən biridir. O istiqamətdə də aparıcı ölkələr ilə əməkdaşlığın gücləndirilməsi, daha çox sərmayənin cəlbi istiqamətində işlər həyata keçirilir. Gözlənilir ki, sülh müqaviləsindən sonra xüsusən inkişaf etmiş ölkələr tərəfindən regionda daha çox sərmayənin cəlbinə şərait yaradılacaq.
Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında əlaqələrin yenidən bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üçün yeni inkişaf imkanları demək olacaq. Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya oluna biləcək. Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün bir zəmin yaradır. O baxımdan Zəngəzur dəhlizi Azərbaycan üzərindən daha çox yüklərin daşınması və bütövlükdə, regionun iqtisadi fayda götürməsi üçün mühüm bir imkandır. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu da Azərbaycanı beynəxalq yükdaşımalarda regional haba çevrəcək. Bütövlükdə, Azərbaycanın əldə etdiyi Zəfər daha stabil və inkişaf etmiş Qafqaza nail olunmasında vacib addım oldu”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































