Sizin Reklam Burada
Xəbər lenti
31-10-2025
30-10-2025
BÜTÜN XƏBƏRLƏR

Xəstə ilə kobud rəftar edən nevropatoloqa TÖHMƏT VERİLDİ

Tarix: 01-11-2025 08:49     Baxış: 328 A- / A+
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərovanın müalicə alan xəstə ilə qeyri-peşəkar rəftarının görüntüləri yayılıb.

Görüntülərdə həkimin peşə etikasından uzaqlaşaraq xəstəni təhqir və təhdid etməsi əks olunub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərova müalicə alan xəstə ilə yersiz mübahisələr aparıb və beləliklə, davranış qaydalarını pozmaqla vətəndaşın haqlı narazılığına səbəb olub.

Məlumatda qeyd olunub ki, D.Səfərova xəstə ilə münasibətləri düzgün qiymətləndirməyib və davranış qaydalarını pozub:

"D.Səfərova yazılı izahatında da xəstə ilə davranış qaydalarını pozduğunu dolayısı ilə təsdiq edib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyovun əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq Dürdanə Rauf qızı Səfərovaya etik davranış qaydalarını pozduğu üçün töhmət verilib".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar