Xəbər lenti 
					
 
		42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır - FOTO

Süleyman Mikayılov ölkənin ən stajlı icra başçılarından biri sayılır. O, 20 ildən çoxdur Azərbaycanın müxtəlif rayonlarına rəhbərlik edir.
Manevr.az xəbər verir ki, metbuat.az-ın məlumatına görə, Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Gənclik illərində peşəkar boksla məşğul olub. Ölkə birinciliklərində uğurları var.
63 yaşlı icra başçısı təxminən 20 il gömrük orqanlarında çalışıb. Karyerasının 1 ili 2019-cu ildə ləğv edilmiş Vergilər Nazirliyi ilə bağlıdır. Bir ilə yaxın Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
Süleyman Mikayılovun bioqrafiyasında maraqlı məqamlar az deyil. İnternet resurslarındakı məlumatlar göstərir ki, Mikayılov idmanla yanaşı həm də hüquq elminə maraq göstərib. O, 2004-cü ildə, 42 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Xatırladaq ki, Süleyman Mikayılov 4 mart 2010-cu ildən Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Mikayılov bu təyinata kimi Yardımlı və Lənkəran rayonlarına rəhbərlik edib.
2003-cü ildən Azərbaycan Boks Federasiyasının vitse prezidentidir.

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















