Xəbər lenti 
					
 
		Bakıda müğənninin öldüyü qəzanın təfərrüatı: Nə baş verib?

Ötən gecə paytaxtın Səbail rayonunda müğənni Vlada Axundovanın öldüyü yol qəzasının təfərrüatları məlum olub.
Manevr.az bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı V.Axundova piyada deyil, yol kənarında dayanmış avtomobilin içərisində imiş.
Belə ki, saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi "Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus "Toyota” markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub.
Nəticədə S.İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. S.Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 














