Xəbər lenti 
					
		İspaniyada Kolumbiya prezidentinin təyyarəsinə yanacaq verilmədi
 
 İspaniyada  Kolumbiya prezidenti Qustavo Petronun təyyarəsinə yanacaq doldurulmasından imtina edilib.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, məlumatı İspaniyanın El Pais qəzeti yayıb. Bildirilir ki, buna səbəb Petroya qarşı tətbiq olunan ABŞ sanksiyalarıdır. Səudiyyə Ərəbistanına uçuş zamanı Kolumbiya prezidenti Qustavo Petronun Boeing 737-700 təyyarəsi yanacaq doldurmaq üçün Madriddəki Barajas hava limanında texniki dayanacaq edib.
Lakin bütün şirkətlər ABŞ sanksiyalarına məruz qalacaqlarından qorxaraq ona təyyarə yanacağı verməkdən imtina ediblər. Bu sanksiyalar Petroya "narkotik qaçaqmalçılığında iştirak" ittihamı ilə tətbiq edilib.
Nəticədə prezident təyyarəsi alternativ yanacaqdoldurma variantları axtarmağa məcbur olub.
İspaniya mediası öz mənbələrinə istinadən bildirib ki, İspaniya hökumətinin köməyi ilə təyyarə hərbi hava bazasına yönləndirilib və orada yanacaq doldurmaq mümkün olub.
Kolumbiya hakimiyyəti hadisəni "qəbuledilməz" hesab edib, bəyan edib ki, o, nümayəndə heyətinin təhlükəsizliyi üçün təhlükə yaradıb.
	   
 	Xəbəri paylaş
	
Çox oxunanlar
Son yüklənənlər

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 