Xəbər lenti
Qədim Misir şəhərini taunun məhv etdiyi düşünülürdü - Yeni araşdırma bunu təkzib etdi

Alimlər qədim Misirin Axetaton şəhərinin tarixini yenidən qiymətləndirərək uzun illərdir davam edən fərziyyələri alt-üst ediblər. Yeni tədqiqat göstərib ki, şəhərin tənəzzülünə səbəb kimi göstərilən taun xəstəliyi əslində baş verməyib.
Manevr.az xəbər verir ki, "IFLScience” nəşrinin yazdığına görə, Axetaton (indiki Amarna) eramızdan əvvəl XIV əsrdə firon Ehnatonun hökmranlığı dövründə qısa müddətə Misirin paytaxtı olmuşdu. Uzun illər alimlər hesab edirdilər ki, şəhəri taun epidemiyası vurub və nəticədə kral ailəsinin doqquz üzvü ilə yüzlərlə sakin həyatını itirib. Lakin yeni analizlər bu fikri təkzib edir.
Tədqiqat müəllifləri bildirirlər ki, mövcud arxeoloji və yazılı dəlillər şəhərin kütləvi ölüm hadisəsi ilə üzləşdiyini göstərmir: "Əldə olan bütün məlumatlar onu deməyə əsas verir ki, Axetatonu yüksək ölüm səviyyəli epidemiya bürüməyib".
Alimlərin fikrincə, şəhərin tərk edilməsi də əvvəl düşündüyü kimi qəfil olmayıb. Arxeoloji tapıntılar sübut edir ki, əhali ərazini tərk etməzdən əvvəl əşyalarını toplamağa və köçməyə vaxt tapıb. Bu, insanların qorxudan qaçmadığını, əksinə, şəhərin planlı şəkildə boşaldıldığını göstərir.
Kral ailəsinin üzvləri arasında həmin dövrdə baş verən ölümlər də təbii səbəblərlə izah olunur. Məsələn, fironun anası Tiye təxminən 50 yaşında olub və yaşla bağlı xəstəliklərdən vəfat edə bilərdi. Qızları Neferneferura və Setepenra isə beş yaşından kiçik idilər - bu, qədim dövrlər üçün adi hal sayılırdı.
Sadə vətəndaşların məzarlıqları da taun ehtimalını zəiflədir: kütləvi və ya tələsik dəfn izlərinə rast gəlinməyib, qəbir yerləri səliqə ilə hazırlanıb.
Məqalədə qeyd olunur ki, ölüm sayının sonradan şişirdildiyi aydındır. Əslində, tapılan qəbirlər nəzəri epidemiya ilə bağlı iddia edilən rəqəmlərlə uyğun gəlmir.
Alimlər həmçinin xatırladırlar ki, həmin dövrdə Misir və Hett imperiyaları arasında əlaqələr gərgin idi. Hett mənbələrində əsirlərin qaytarılması zamanı taun xəstəliyinin baş verdiyi bildirilir, lakin bu hadisənin Axetatonla birbaşa əlaqəsi yoxdur - iki paytaxt arasında 1100 kilometrlik məsafə mövcud idi və hadisələr arasında ciddi vaxt fərqi vardı.
Ən vacibi isə odur ki, Axetatonun özündə taun haqqında birbaşa yazılı mənbə yoxdur.
Tədqiqat müəllifləri ehtimal edirlər ki, gələcəkdə Amarnada aparılacaq molekulyar analizlər müəyyən xəstəlik izlərini aşkar edə bilər, lakin bu, şəhərin taun səbəbindən boşaldığı anlamına gəlməyəcək.
Alimlərin yekun nəticəsi belədir: "Mövcud sübutlar əsasında demək olar ki, Axetatonu məhv edən kütləvi epidemiya olmayıb. Taun anlayışı sadəcə o dövrün mürəkkəb siyasi və sosial hadisələrini izah etmək üçün istifadə edilib”./Qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































