Sizin Reklam Burada
Xəbər lenti
01-11-2025
31-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Əcəmi dairəsi”ndə xuliqanlıq edənlərə qarşı tədbir - Video

Tarix: 01-11-2025 18:19     Baxış: 327 A- / A+


Bakının Nəsimi rayonunda gecə saatlarında vətəndaşların rahatlığını pozan və yol hərəkəti qaydalarına əməl etməyən nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən, eləcə də sərxoş halda avtomobil idarə edən 9 sürücü müəyyən olunub. Avtomobilləri duracağa yerləşdirilən sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb.
Bununla yanaşı tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyən, tullantıları urnalardan kənara atan, küçə ticarəti ilə məşğul olan, xırda xuliqanlıq və digər hüquqpozmalara yol verən şəxslər də müəyyən olunublar.
Həyata keçirilən profilaktik tədbirlərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və avtoxuliqanlığa qarşı mübarizənin gücləndirilməsidir.
Vətəndaşları narahat edən bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar