Sizin Reklam Burada
Xəbər lenti
07-08-2025
06-08-2025
BÜTÜN XƏBƏRLƏR

Neftçalanın sabiq icra başçısı barəsində bankın şikayəti təmin edildi

Tarix: 07-08-2025 20:59     Baxış: 321 A- / A+
Neftçalanın sabiq icra başçısı barəsində bankın şikayəti təmin edildi
Ali Məhkəmə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmış və həbsdə olan Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və rayonun digər sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə "Xalq Bank"ın qaldırdığı mülki iddianı təmin edib.

Manevr.az
"Report"a istinadən xəbər verir ki, bu barədə qərar hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə verilib.
Belə ki, sözügedən məsələ ilə bağlı bank mülki iddia qaldıraraq İsmayıl Vəliyevin banka borclu olduğunu və bu borcu qaytarmaq üçün onun dövlət nəfinə müsadirə edilmiş əmlaklarının bir qismini borcun ödənilməsinə yönəldilməsini istəyib. Məhkəmə bankın iddiasını təmin edib.

Xatırladaq ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri DTX tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.


İsmayıl Vəliyev və digərlərinə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum ediliblər.

Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 9 il 6 aya, Əjdər Kərimovun cəzası 8 ilə, Gültəkin Sadıqovanın cəzası isə 6 ilə endirilib.

Daha sonra Ali Məhkəmənin qərarı ilə İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Vurğun Əkbərovunku 6 ilə, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Vüqar Nağıyevinki 5 il 8 aya, Telman Zahidov və Anar Cəfərovun cəzaları 5 il 6 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar