Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

İlin – günün bu çağında 82 illik bir ömür müddəti kiçik bir zaman kəsiyi deyi

Tarix: 06-08-2025 10:13     Baxış: 365 A- / A+

Emil Rasimoğlu
şair-publisist



Həə, əziz dostlar... təbii ki, yaşın neçə olmasına baxmayaraq ölümün anidən yaratdığı mənfi aura, ötürdüyü mənfi enerji birmənalı şəkildə danılmazdır. İllah da o ölüm bir yaradıcı şəxsin varlığında, həyatında baş verə. Bu zaman istedad adına təəssüflənməmək ümumiyyətlə mümkünsüzdür... Bu öz yerində!

İNDİSƏ gəlim mətləbə... İlin – günün bu çağında 82 illik bir ömür müddəti HEÇ ŞÜBHƏSİZ Kİ(!), kiçik bir zaman kəsiyi deyil. ANCAQ GƏLİN GÖRƏK, Elçin 82 illik ömür yolunda öz yazıçı missiyasından (müəyyən əsərlər yazmaqdan) əlavə SƏNƏT, SƏNƏTKAR haqqına, dəyərlərinə və bunların fonunda İlahi ədalət prinsipinə... söykənən NƏLƏR edə bildi? Axı, onun bu istiqamətdə NƏLƏRSƏ etmək imkanları, gücü var idi. Axı, o təkcə yazıçı missiyasından çıxış etmirdi, müxtəlif dövrlərdə öncül postlarda təmsil olunmuşdu. AMMA və LAKİN(!) acı gerçəklikdir ki, Elçin tutduğu postlarda bütövlükdə ədalət, sənət, sənətkar dəyərləri naminə NƏLƏRSƏ etmədi(!)... etmək istəmədi(!)... bəlkə də etmək istəmədiyi üçün o kimi postlarda təmsil olundu(!).

MƏSƏLƏN, Elçin iyirmi beş illik yüksək ranqlı vəzifə dönəmində iyirmi beş nəfərin (yazıçının, şairin, jurnalistin, bəstəkarın, rəssamın  və.s) yalnız istedada, əməyə rəğmən(!) taleyini düşündümü(?!), haqqını tələb etdimi(?!), qiymətinin verilməsinə can atdımı(?!). Əlbəttə ki, yox! Çünki o özü də pərdəarxası müəyyən “maraqları” düşünən, bütün fəaliyyətini o “maraqların” senzurası, diqtəsi... üzərində quran, sistemləşdirən şəxslərdən idi.

... Şərif Ağayarların yataqxanada Tanrı ilə döyüşə – döyüşə oğul – qız böyütdüyü(!)... Pərviz Cəbrayılların səfalət içində boğulduğu(!)... Əlisa Nicatların ekranlarda acizanə şəkildə peyda olduğu(!), əl açdığı... Aydın Canıyevlərin dəyərsizlik ucbatından ayaqyalın bir ömrün əlində girinc qaldığı(!)... Həsən Kürlərin yoxsulluq intiharından boylandığı(!) bir ÜNVANda, bir DÖVRdə, bir MÜHİTdə... Elçinlər ömrü “ağ dəvənin” üzərində yaşadı(!)... yaşayır(!). Bəs, nəyin bahasına? TƏBİİ Kİ, (həm də!) Allahın, ədalətin... qanı bahasına! Bəli, (həm də!) Allahın, ədalətin qanı bahasına! AZ ÖNCƏ DƏ DEDİM, axı, Elçin özü də pərdəarxası müəyyən “maraqları” düşünən, bütün fəaliyyətini o “maraqların” senzurası, diqtəsi... üzərində quran, sistemləşdirən şəxslərdən idi.

... VƏ SON OLARAQ ONU DA DEYİM Kİ(!), Elçin öz ölümü ilə bizləri daha çox sarsıda, təsirləndirə bilərdi(!)... sarsıtmalı, təsirləndirməli idi(!)... AMMA və LAKİN(!) bacarmadı(!).

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar