Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

İlqar Mustafayevin əmlakları açıqlandı: Ağ Şəhərdən Şüvəlana qədər...

Tarix: 06-08-2025 12:29     Baxış: 322 A- / A+
İlqar Mustafayevin əmlakları açıqlandı: Ağ Şəhərdən Şüvəlana qədər...
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük "əmlak imperiyası”na sahib olduğu məlum olub. 12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib. 

Manevr.az
bildirir ki, "Qafqazinfo” dəyəri 10 milyon manat qiymətləndirilən sözügedən varidatın siyahısını əldə edib.

Daşınmaz əmlaklar arasında Bakının mərkəzi küçələrində yerləşən mənzillər, böyük obyektlər və lüks bağ evləri yer alır.

* Xətai rayonunda - Ağ Şəhərdə, Xudu Məmmədov və Nəcəfqulu Rəfiyev küçələrində 7 lüks mənzil;

* Elə həmin rayonda, Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715,3 m² olan böyük obyekt;


* Səbail rayonunda - Üzeyir Hacıbəyli və Neftçi Qurban Abbasov küçələrində 3 mənzil;

* Xəzər rayonu, Şüvələn qəsəbəsi - biri 875,6 m² sahəyə malik olmaqla 2 villa tipli bağ evi;

* Pirallahı rayonunda - bağ evi;

* Xəzər və Qusar rayonlarında - torpaq sahələri.

Bu əmlakların hamısı artıq dövlət nəzarətindədir. Onların gələcək hüquqi taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacaq. Son ilin ən böyük korrupsiya cinayətini hakim Leyla Əsgərova-Məmmədova araşdıracaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar