Xəbər lenti
Rusiyadan Azərbaycana qarşı təxribat: Dövlət televiziyası yenə sərsəmlədi

Deməli, Rusiya bunu bildiyi halda, əksinə hərəkət edir. Dövlət kanalında belə sərsəm fikirlər səsləndirilsə, bu, təxribatdan başqa bir şey deyil və məqsədyönlü xarakter daşıyır.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlərin səsləndirilməsi, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı aqressiv və qeyri-humanist davranışı və ritorikası iki ölkə arasında münasibətlərə zərər gətirir:

"Xüsusilə zaman-zaman Rusiyanın müxtəlif media resurslarının "Stepanakert", "Dağlıq Qarabağ respublikası" və "Arstax" kimi qondarma məfhumlara yer verməsi Azərbaycanın suverenliyinə qarşı açıq təxribatdır. Rusiya TV kanalı tərəfindən Azərbaycanın Qarabağ bölgəsindən könüllü olaraq köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar guya narahatlıqların ifadə edilməsi isə absurddur. Rusiya tərəfi hətta irəli gedərək üstündən iki il keçəndən sonra Qarabağdan Ermənistana köçmüş şəxslərə humanitar yardım etməyə başlayıb. Mətbuatda ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində istifadə edilən tezislərin Rusiya dövlət təmsilçiləri tərəfindən də istifadə edilməsi bu "orkestrin" arxasında Kremlin olmasını açıq şəkildə göstərir".
"Təyyarəmizin Rusiya tərəfindən vurulması, zərərçəkən tərəflərə kompensasiyanın ödənilməməsi, hadisəni törədənlərin cəzalandırılmaması, tələb olunan şəkildə ciddi araşdırmaların aparılmaması, Azərbaycan tərəfinin məsələ ilə bağlı haqlı tələblərinə laqeyd yanaşma artıq Azərbaycanı bu məsələdə beynəlxalq mühakiməyə getməyə vadar etdi.
Bu kimi məsələlər daha çox daxili auditoriyaya hesablanır. Belə ki, süni gərginliyin yaradılması uğursuzluqları üçüncü qüvvə hesabına ört-basdır etməyə cəhdlərdir. Regionda yaranmış hazırkı reallıqla barışmaq bəzi qüvvələr üçün çətindir. Onlar anlayırlar ki, Qarabağ məsələsində ölkəmizə təsir etmək artıq mümkün olmayacaq. Bunu qəbul etmək və bərabərhüquqlu münasibətlər qurmaq lazımdır", - deyə parlamentari vurğulayıb.
Millət vəkili əlavə edib ki, İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın razılığı olmadan Xankəndidə quraşdırılması Rusiyanın "mədəniyyət" pərdəsi altında ərazidə möhkəmlənmək cəhdi idi:
"Azərbaycanın bu büstü sökməsi ölkəmizin suveren hüququdur. Ərazimizlə bağlı bütün qərarlar və hüquqlar dövlətimizə məxsusdur". oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar