Xəbər lenti
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 5-də 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 5 avqust saat 15:00, 10-cu siniflər üçün isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək.
Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilər.
Qeyd edək ki, proses 20 avqust 18:00-a qədər davam edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar