Xəbər lenti
Azərbaycanda aliment verməyən ana cəzalandırıldı

Manevr.az "qafqazinfo”ya istinadən xəbər verir ki, qadın məhkəmə qərarını icra etməməkdə təqsirli bilinib.
Afət Quliyevanın (ad-soyad şərti) 4 övladına aliment ödəməməsi ilə bağlı keçmiş əri şikayətçi olub. 3-cü qrup əlil olan ər uşaqlarının xərclərini qarşılamaq üçün alimentin ödənilməsini tələb edib.
Məhkəmənin qərarına əsasən, A.Quliyeva hər uşaq üçün aylıq 50 manat aliment ödəməlidir. Çünki o, uşaqlarını atanın yanında qoyaraq ailəni tərk etdiyinə görə məsuliyyət daşıyır. Qadın uşaqlarına aliment vermədiyi üçün daha əvvəl də iki dəfə cəzalandırılıb. Hazırda ödənilməmiş ümumi aliment borcu 6 min manatdır.
Məhkəmədə məlum olub ki, A.Quliyeva yenidən ailə həyatı qurub və Abşeron rayonunda gözəllik salonunda işləyir. Keçmiş əri qadının qanunauyğun şəkildə cəzalandırılmasını xahiş edib. O, aylıq 400 manat maaş aldığını da məhkəmənin diqqətinə çatdırıb.
Göyçay Rayon Məhkəməsinin qərarı ilə anaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar