Sizin Reklam Burada
Xəbər lenti
05-08-2025
04-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yer kürəsində tarixin ən qısa günü olacaq: Alimlər fəlakətli nəticələr barədə xəbərdarlıq etdilər

Tarix: 05-08-2025 15:40     Baxış: 320 A- / A+
Yer kürəsində tarixin ən qısa günü olacaq: Alimlər fəlakətli nəticələr barədə xəbərdarlıq etdilər

Avqustun 5-də Yer kürəsi bütün müşahidələr tarixi ərzində ən qısa fırlanmalardan birini edəcək.
Manevr.az-ın xəbərinə görə, bu barədə "Daily Mail" alimlərə istinadən məlumat verib.
Ayın cazibə qüvvəsinin təsiri planetin daha sürətli fırlanmasına səbəb olacaq və günün (sutkanın) uzunluğunu 1.25 millisaniyə qısaldacaq.
Bu dəyişiklik insanlar üçün hiss olunmasa da, mütəxəssislər uzunmüddətli fəlakətli nəticələr barədə xəbərdarlıq edirlər. Fırlanmanın sürətlənməsi okean sularının yenidən bölüşdürülməsinə gətirib çıxara bilər - qütblərdən ekvatora qədər. Sürətin, hətta saatda bir mil (1.61 km/saat) belə cüzi artımı ekvatorial bölgələrdə dəniz səviyyəsini yüksəldə bilər və sahilyanı şəhərləri su basması təhlükəsi altında qoya bilər.
Ekstremal ssenaridə saatda 100 mil (160.9 km/saat) fırlanma sürəti ilə ekvatorun yaxınlığındakı ərazilər su altında qala bilər. Alimlər qeyd edirlər ki, daha sürətli fırlanma insanın sirkad ritmlərini (sirkad ritmi - gecə və gündüzün dəyişməsi ilə əlaqəli müxtəlif bioloji proseslərin intensivliyindəki siklik dalğalanmalardır, sirkad ritmlərin müddəti adətən 24 saata yaxındır. Xarici stimullarla əlaqəyə baxmayaraq, sirkad ritmi endogen mənşəlidir və bununla da bədənin bioloji saatını təmsil edir - red.) poza bilər. Günəş sutkası 22 saata qədər qısala bilər ki, bu da bioloji saatı dəyişdirəcək və adaptasiya imkanından məhrum edəcək.
Araşdırmalar göstərir ki, hətta yalnız birsaatlıq yerdəyişmə ilə yay vaxtına keçmək belə infarkt halları və qəzaların sayını artırır. Planetin ritmində daimi dəyişikliklər isə insanların sağlamlığı və həyat fəaliyyəti üçün daha ciddi nəticələrə səbəb ola bilər.Oxu.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar