Xəbər lenti
Putinin gizli qızı səssizliyini pozdu: Milyonların həyatını məhv edən adam

Manevr.az “Hürriyət”-ə istinadla xəbər verir ki, Luiza Rozova adı ilə də tanınan 22 yaşlı Krivonoqix “Telegram”da paylaşdığı mesajlarda “milyonların həyatını alan və həyatımı məhv edən adam” ifadəsini işlədib.
İddialara görə, bu sözlər onun bioloji atası sayılan Putinə ünvanlanıb. Parisdə yaşayan və incəsənət təhsili alan Krivonoqix bir vaxtlar DJ kimi çalışıb və sosial mediada aktiv paylaşımlar edib. Lakin Rusiya-Ukrayna müharibəsindən sonra onun sosial media hesabları müəammalı şəkildə silinib. Son aylarda isə o, yenidən aktivləşərək müharibə əleyhinə mesajlar paylaşmağa başlayıb.

Bildirilib ki, 2003-cü ildə Sankt-Peterburqda anadan olan Krivonoqixin anası keçmişdə Putinin evində çalışan təmizlikçi Svetlana Krivonoqixdir. İddialara görə, Krivonoqix doğulduqdan sonra qadının susması üçün ona külli miqdarda pul ödənilib. Doğum şəhadətnaməsində də ata adının “Vladimirovna” kimi qeyd olunması Krivonoqixin Putinlə bağını gücləndirən əsas detallardan sayılır.
Hazırda Fransada yaşayan gənc qadın Parisdəki qalereyalarda müharibə əleyhinə sərgilər təşkil edir. Yerli media onun kurator kimi fəaliyyət göstərdiyini bildirir. Lakin o, Putinin uşaqlıq dostu, mərhum Oleq Rudnovun soyadını götürərək “Yelizaveta Rudnova” adı ilə kimliyini gizlətməyə çalışıb.

Krivonoqixin ictimai fəallığı bəzi sənətçilər tərəfindən sərt tənqid olunub. Rəssam Nastya Rodionova onunla əlaqəli qalereyalarla əməkdaşlığı dayandırıb. Krivonoqix isə bu reaksiyalara “Ailəmin hərəkətlərinə görə həqiqətənmi mən cavabdehəm?” sualı ilə cavab verib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar