"Qadın qadına paxıllıq edir. Elə bilirsiniz, qadınlar toya kişiləri cəlb etmək üçün gedirlər? Kişi toyları qadınlar üçün maraqlı deyil. Qadınlar qadınları da cəlb etmək istəyirlər. Bir-birilərini yandırıb-yaxmaq istəyirlər ki, bax, bu brilliantdan səndə yoxdur, amma məndə var. Bu brenddən geyinmişəm. Son vaxtlar zəif təfəkkürlü, beyinli insanlar brendlərin adlarının görünməsini istəyirlər. Beyin yoxdur axı".
Manevr.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı “Qapqara” yutub layihəsində deyib. O, qadınlarla bağlı fikirlərini səsləndirib:
"Kişilər qoruyucu varlıqlardır. Atam, qardaşım elə olub. Yaxşı kişi qoruyucudur. Qadın və kişi təfəkkürü eyni ola bilməz. Bir yerdə laxlayır. Allahın yaratdığını dəyişdirə bilmərik. Özümü çalışım, dəyişim ki, kişi kimi davranım, mükün deyil, düşüncəm qadın düşüncəsidir.
Məni qınayacaqlar, amma nəsə ağır problemim olsa, qadın yox, kişi cərrahın yanına gedəcəyəm. Kişiyə daha çox inamım var. Mənə elə gəlir ki, kişi daha çevik hərəkət edəcək. Ağır situasiya yaransa, daha tez ondan çıxa biləcək. Qadınlar daha tez panikaya düşür. Avtomobil idarə edən qadınlara baxın. Ümumiyyətlə qadın emosional varlıqdır. Burada istisnalardan danışmırıq. Elə qadın var ki, müdrikdir, səbirlidir. Qadın hiss adamıdır. Qadın sevgisi ilə kişi sevgisini tərəziyə qoya bilərik? Qadınlar daha tez aşiq olur".
Rövşanə bəzi qadın müğənnilərin paylaşımlarını da qınayıb:
"Müğənninin arxadan çəkməyə başlayırlar. Bunun adı tərbiyəsizlikdir. Çəkiliş niyə ombadan başlamalıdır?".(axşam.az)
Xəbər lenti
"Qadın cərrahın yanına getmərəm, inamım yoxdur"

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar