Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlər xərçəngə qarşı peyvənd ixtira etdi

Tarix: 06-08-2025 12:40     Baxış: 317 A- / A+
Alimlər xərçəngə qarşı peyvənd ixtira etdiMilli Tayvan Universitetindən olan alim qrupu induksiya olunmuş plüripotent kök hüceyrələri əsasında siçanlarda bağırsaq xərçənginin qarşısını uğurla almış və onun inkişafını ləngitmiş peyvənd yaradıblar.
Manevr.az xəbər verir ki, elmi tədqiqatın nəticələri “Theranostics” dərgisində nəşr olunub.
Professor Tsu-Tan Veyin rəhbərliyi altında alimlər iPSC lizatlardan (dağılmış hüceyrə məhsulları) CpG immunostimulyatoru ilə birləşmiş şəkildə istifadə ediblər. Bu kombinasiyanın tətbiqi heyvanlarda immun reaksiyanı aktivləşdirib və şişlərin böyüməsini əhəmiyyətli dərəcədə azaldıb.
Eyni zamanda, vaksin yalnız terapevtik deyil, həm də profilaktik vasitə kimi işləyib: xərçəng hüceyrələri ilə yoluxdurulmazdan əvvəl preparat verilmiş siçanlar xəstəliyə dayanıqlı olublar.
Kütləvi spektrometriya və kompüter modelləşdirməsi vasitəsilə tədqiqatçılar həm iPSC-də, həm də xərçəng hüceyrələrində aktiv, lakin sağlam toxumalarda, demək olar ki, rast gəlinməyən iki zülalı — HNRNPU və NCL-i müəyyən ediblər. Məhz bu zülallar immun sisteminin hədəfinə çevrilib: dendrit hüceyrələri onları T-hüceyrələrinə “tanıdaraq” güclü şiş əleyhinə reaksiyanı işə salıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar