Sizin Reklam Burada
Xəbər lenti
07-08-2025
06-08-2025
BÜTÜN XƏBƏRLƏR

İstehlak kreditlərinə də limit qoyula bilər? - AÇIQLAMA

Tarix: 07-08-2025 14:46     Baxış: 323 A- / A+

İstehlak kreditlərinə də limit qoyula bilər? - AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. AMB-nin yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması, eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədilə aparıldığı bildirilib.
Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır.
Belə halda adi istehlak kreditlərinə də limitlərin tətbiq olunması məsələsi gündəmə gəlir.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı iqtisadçı ekspert Elşad Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, kredit kartlarına limitlərin tətbiqi əhalinin həddən artıq borclanmasının qarşısını almağa, eyni zamanda bankların dayanıqlı fəaliyyəti baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, borclanma artdıqca və borclanma çərçivəsində geri qaytarıla bilməyən borcların payı yüksəldikcə, bu bank sektoruna mənfi təsir göstərmək riski daşıyır.

“Xüsusilə istehlak kreditləri kimi, yerli istehsaldan daha çox idxalı stimullaşdıran kredit xətləri üzrə məhdudiyyətlərin tətbiqi bu baxımdan başa düşüləndir. Lakin əgər biz idxalı stimullaşdıran kreditləri məhdudlaşdırırıqsa, paralel olaraq daxili istehsalı təşviq edən kreditləri dəstəkləməliyik”.

İqtisadçı ekspert əlavə edib ki, bu məsələdə təkcə məhdudlaşdırıcı tədbirlərlə kifayətlənmək doğru olmaz:

“Eyni zamanda yerli istehsalı stimullaşdıran kredit xətlərinin dəstəklənməsi prosesi də həyata keçirilməlidir. Bunun üçün kredit siyasətində müvafiq sahələr üzrə yumşaldılmalar aparılmalı, yerli istehsala yönəlik investisiyaları təşviq edən kredit xətləri daha əlverişli, yəni yumşaq şərtlərlə təqdim edilməlidir”.

Sonda E.Məmmədov onu da qeyd edib ki, pul-kredit siyasəti kompleks, çoxşaxəli və sistemli yanaşma əsasında reallaşdırılmalıdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar