Xəbər lenti
"Sizin tarixi biliyinizin bu qədər səthi olduğuna təəccüb etdim"

Konstantin Fyodoroviç Zatulin!
Azərbaycan Respublikasının prezidenti, Rusiya - Ermənistan birləşmiş orduları tərəfindən 30 il ərzində işğal altında saxlanılan, var dövləti talanmış, əhalisi qaçqın düşmüş, evləri yağmalanaraq dağıdılmış torpaqlarımızın işğaldan azad edilməsinə rəhbərlik edən Ali Baş Komandanımız İlham Əliyevə irad tutaraq deyirsiniz:
-“Qarabağa bayraqla getmək nəyə lazımdır? Nə üçün Stepanakerti Xankəndi adlandırır? Orda nəyisə sökmək nəyə lazımdır? XI əsrə aid Erməni monastrını Albaniyanın adlandırır? Bunlar nə üçün lazımdır? Bu Azərbaycana yaxşı heç nə verməyəcək. Stepanakertin adını dəyişib Xankəndi qoyanda təyyarələr ora uça bilməyəcək, qatarlar gedə bilməyəcək”.
Sizin bu çıxışınızdan sonra tərcümeyi-halınıza bir göz atdım. Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirdiyinizi oxudum və sizin tarixi biliyinizin bu qədər səthi olduğuna təəccüb etdim. Mən uzun illər coğrafiya fənnindən uşaqlara dərs demişəm. Sizin bu savadsız tarixə aid çıxışınızdan sonra MDU-nin tarix fakültəsindən öyrənə bilmədiyiniz bir neçə tarixi həqiqəti nəzərinizə çatdırmağı özümə borc bilirəm.
1. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin davranışlarına, danışdığı sözlərə qiymət vermək üçün ən azından onun biliyinin, bacarığının heç olmasa yarısı qədər bilik və bacarığa malik olmalısız. Danışıqlarınızdan hiss olunur ki, bu keyfiyyətlər sizdə yoxdur. Sadəcə olaraq Azərbaycanın müstəqil dövlət olaraq inkişaf etməsi, Rusiyanın təsir dairəsindən tamamilə çıxmasını qəbul edə bilmirsiz.
2. İşğaldan azad olunmuş doğma torpaqlarda Azərbaycan dövlətinin bayrağını dalğalandırmaq Ali Baş Komandanın səlahiyyətləri çərçivəsindədir. Burda təəccüblü və qeyri-adi heç nə yoxdur.
3. Siz doğurdanmı tarix fakültəsində əsil, həqiqi tarixi oxumamısız? Çar Rusiyasının, SSRİ-nin tarixindən xəbərsizsiz? Milliyyətcə erməni olan Stepan Şaumyanın adının Xanın kəndinə nə vaxt verilməsini, Xankəndi toponiminin Stepanakertə çevrilməsi haqqında məlumatınız yoxdurmu? Siz universitetdə tarix dərsi keçəndə, tarixiə aid xəritələrdən istifadə etməmisizmi? Elə isə məlumat üçün diqqətinizə çatdırıram ki, Bakı kommunasına daxil olan Stepan Şaumyan 1878-ci ildə anadan olub və 1920-ci ildə müəmmalı şəkildə “yoxa çıxıb”. 1923-cü ildə ermənilər Xankəndinin adını dəyişərək Stepanakert qoyublar. 1918-1920-ci illərdə Azərbaycan əhalisinin kütləvi şəkildə soyqrımına rəhbərlik edən bir terrorçunun adını Xanın kəndindən silərək, şəhəri öz adı ilə Xankəndi çağırmaq nədən xoşunuza getmədi? Xanın kəndinə Xankəndi deməklə Azərbaycan dövləti tarixi həqiqəti bərpa etdi.
4. 1862-ci ildə nəşr olunan “Кафказский календарь” kitabının 160-cı səhifəsində yazılıb:-1723-cü ildə Rusiya vətəndaşlığını qəbul edən bir qrup erməni ailəsi İrandan Qarabağ məlikliyinə-İkinci Qafqaz xəttinə köçürüldü. 1828-ci ildə “Türkmənçay sülh müqaviləsindən” sonra isə 40.000 erməni əhalisi Qarabağa köçürülmüşdü.” O zaman belə bir sual ortaya çıxır, əgər Kəlbəcərdəki Alban kilsəsi VII-VIII əsrlərdə tikilmişdirsə, 10 əsr sonra Qarabağa gələn ermənilər Xudavəng alban kilsəsini necə tikə bilərdilər? Əlbəttə kilsənin ermənilər tərəfindən tikilməsini iddia etmək absurtdur.
5. Narahatsız ki, Xankəndinə təyyarə ilə və ya qatarla gələsi olsanız, dispeçerlər nəqliyyat vasitələrini hara yönləndirəcəklərini bilməyəcəklər. XXI əsr texnika əsridir. Hətta məktəb uşaqları da bilir ki, dispeçerlərin köməyi ilə nəqliyyatı idarə edən maşinistlər və pilotlar texniki avadanlıqlardan istifadə edərək lazım olan məntəqəyə çox rahat çata bilirlər. Bu zaman məntəqənin adından çox koordinatları və məsafəsi əsas rol oynayır. O ki, qaldı toponimlərin dəyişdirilməsi məsələsinə. Sizə iki nümunə göstərmək istəyirəm:
-Əsası 27 may 1703-cü ildə rus çarı I Pyotr tərəfindən qoyulan Sankt-Peterburq şəhərinin 31 avqust 1914-cü ildə adı dəyişərək Petroqrad qoyulub. 24 yanvar 1924-cü ildə V.İ.Leninin şərəfinə Leninqrad adlandırılıb. 6 sentyabr 1991-cü ildə yenidən adı dəyişdirildi və köhnə adı geri qaytarıldı: Sankt-Peterburq.
-Əsası türklər tərəfindən qoyulmuş və 1461-ci il xəritəsində Царицын (Sarısu) yazılmış şəhərin adı 1925-ci ildə İ.V.Stalinin şərəfinə Stalinqrad qoyulmuşdu. Sovet-Alman müharibəsində qəhrəman şəhər statusu alan bu şəhərin adı 1961-ci ildə yenidən dəyişdirilərək Bolqaqrad yazılmışdı.
Rusiya əgər tarixi həqiqət kimi Sankt-Peterburqun öz adını geri qaytarmaqla ədaləti bərpa etmişdisə, nədən bu ədalət Царицын şəhərinə şamil edilmədi və əsil adı özünə geri qaytarılmadı? Ona görə ki, şəhəri türklər tikmişdi və adı da türk adı idi?... Zəhmət çəkərək Rus-türk müharibəsinə aid olan bu xəritəyə diqqətlə baxın! Burda Bolqaqrad deyil, Царицын yazılıb.
Mirvari Verdiyeva
ADPU-nun dosenti, fəlsəfə doktoru
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar