Xəbər lenti
“Ədəbiyyat – söz sənəti, jurnalistika – söz siyasətidir”

— İfadə etdiyiniz poetik aləmdə daha çox hansı hisslər üstünlük təşkil edir: həsrət, iztirab, səbirlilik, yoxsa ümid?...
— Hisslər sanki on səkkiz min aləmin zərrələri kimidir – rəngarəng və təkrarsız.
Lakin poetik yaradıcılığımda hansının daha çox hiss olunduğu barədə düşünməmişdim. Əgər sualınıza cavab olaraq danışmalı olsam – həsrət… gələcəyə duyulan həsrət. İztirab da ön sıradadır. Axı arzusu, amalına çatmaq istəyi olmayan insan olmadığı kimi, iztirabsız insan da yoxdur. Xüsusilə şairlik, iztirabın sadiq dostu kimi daim insanın ruhunu müşayiət edir. Çünki iztirab bəzən ruhunun sıyrılmış qatlarını bərpa edir, onu saflaşdırır. Elə anlar olur ki, hisslərin savaşında səni saflaşdıracaq iztirabları arzulayırsan, hətta onlara ehtiyac duyursan.
Səbir... Bəs səbir nədir? Mən anlayıb dərk etdiyim səbir duyğusunu başqalarına izah edə bilməməyin çətinliyini yaşayıram. Ona görə də səbir mövzusu açılanda, sinəmdən sanki “səbir nədir?” sualı axır... Hələlik üç poetik toplusum çap olunub. Onlardan birinin adı
“Səbrin təbəssümü”dür.
Nə qədər ki, səndən iztirab gəldi,
Mən bu dünyadan yaxşılıq gördüm.
Səbir gülümsəyir sənin bağrında,
Mənim hər nəfəsim bir nisgil, bir dərd…
Ümid – mənim xilaskarımdır.
Bu duyğu həyatsevərliyin, quruculuğun, yaradıcı düşüncənin, insanlığın damarlarında axan bitib-tükənməz bir gücdür, qaranlıqlarda yanan nur, eşq və inamın köküdür.

— Ali təhsili Namanganda bitirdim. Ədəbiyyatla məşğul olan insan üçün paytaxt – Daşkənd və digər böyük şəhərlərin “havası”nın nə qədər zəruri olduğunu daha gənclik çağlarımdan hiss etmişdim. Lakin ötən əsrin 80-ci illərində tanışlıq və korrupsiyanın açıq-aşkar çiçəkləndiyi bir dövrdə ailə vəziyyətimə görə Daşkəndə gedə bilmədim. Anam çox öyüd-nəsihət verərdi. Atam isə dürüst, prinsipial bir insan idi – xalq dilində desək, "kommunist" idi. Əslində məktəbi bitirən kimi Daşkəndə gedib oxumaq imkanım vardı... Bu nisgil tez-tez qəlbimi didib-dağıdır.
Ozod Şarofiddinov, Matyoqub Qoşconov, Rauf Parfi, Erkin Vohidov, Şavkat Rəhmon, Xurşid Davron, Abdulla Oripov, Həlimə Xudoyberdiyeva... onların Daşkənd ədəbi mühitində necə güclü simalara çevrildiyi göz önündədir.
İndi sualınıza dönsək: Mən Çortoq rayonundan vilayət mərkəzinə işləməyə gələndə artıq qırx yaşa yaxın idim. Rayon qəzetində çalışaraq yerli səviyyədə jurnalist və şair kimi tanınırdım. Vilayət mərkəzinə isə mənəvi müəllimim, o dövrdə “Xalq irodəsi” qəzetinin baş redaktoru Mahmudjon Parpiyevın dəvəti ilə gəldim.
Özbəkistan Xalq şairi Həbib Sədulla, dramaturq və publisist Abdulla Cabbor, ustad şair Ziyovuddin Mansur, həmçinin ədəbi mühitin sütunlarından biri olan professor Odiljon Nosirov, İsmatullo Abdulla, Əlixon Xəlilbekov, NamDU müəllimləri Mahmudjon Mamurov, Qodirjon Nosirov, xalq artistləri Kamoliddin Rəhimov, Ürinboy Nuralıyev, şairə Dilbar Bonu ilə tanış oldum. Onların məhəbbət və diqqətindən bəhrələndim.
Təhsil fədailəri Nazimjon Qozokov, Həbibullo Ubaydullayev, Dilşoda Dadajanovalardan ruhlandım. Xüsusilə “Özbəkistan səsi” qəzetinin vilayət müxbiri kimi qazandığım uğurlarda Namanganın ədəbi mühitinin rolu böyük oldu.
Özbəkistanın Əməkdar jurnalistləri – Farhod Yoʻlchiev, Gʻulomjon Akbarov və tanınmış yazıçı-jurnalist Rüstamjon Ummatovun təsiri ilə peşəkar məsuliyyət və şəxsiyyətimi formalaşdırmağa çalışdım.
“Qoşa çayın nəğmələri” və “Mühabbətdən ərzim var” adlı poetik toplularım sayəsində oxucu diqqətini qazandım və Yazıçılar İttifaqının üzvü oldum.
— Jurnalist kimi sözə olan məsuliyyət sizdə hansı meyarlar əsasında formalaşdı?
— İnkarolunmaz bir qənaətim var: Ədəbiyyat – söz sənətidirsə, jurnalistika – söz siyasətidir! Jurnalist kimi müxtəlif janrlarda materiallar hazırlayarkən sözə münasibət mənim üçün həmişə ön sıradadır. Çünki hər bir sözün məna çaları, məntiqi işarəsi var.
Təəssüf ki, jurnalistikada sözə məsuliyyət məsələsi bir qədər zəifləyib. Bəzən bədii üslubla rəsmi üslubun fərqləndirilməməsi də diqqəti cəlb edir. Əksər jurnalistlər bir qəlibdə yazmağa vərdiş ediblər.
Reportaj, ləvhə, felyeton kimi janrlar demək olar ki, mətbuat səhifələrindən silinib. Bu isə həqiqətən üzücüdür. Kompüter texnologiyalarının imkanlarından yalnız xəbər və xronika üçün istifadə edilir. Bu isə sözün zənginliyini yoxsullaşdırır və özbək dilinin imkanlarını daraldır.
Dilin şirinliyi, sözün yersizliyi isə qrammatikanın pozulmasına da səbəb olur. Lüğətlərlə işləmək, hər sözün mənşəyini, kökünü, məntiqi mənasını, sinonim və omonimlərini, hal və şəkilçilərini düzgün işlətmək vacibdir. Məncə, qrammatikanı dərindən bilmək, sözə olan məsuliyyəti unutmaqdan qoruyur.
— Sizin üçün publisistika ilə poeziya arasında necə bir mənəvi bağ mövcuddur?
— Publisistika – poeziyanın mənəvi qidasıdır.
Şeir, bəli, hissin və duyğunun məhsuludur, amma publisistik pafosla yoğrularsa, oxucuya daha təsirli çatır.
Mübəmmalıqdan aydınlığa keçmək, həqiqəti duymaq üçün publisistikanı mütəmadi oxumaq, düşünmək, hiss etmək lazımdır. Məncə, ancaq bu yolla canlı söz yaratmaq mümkündür. Bu isə artıq böyük bir mövzudur.
— Şairlər hər zaman cəmiyyətin "vicdanı" olublar. Bu anlayışın bugünkü mənası necə dəyişib?
— Şairlər – cəmiyyətin vicdanı, ayıq səsi, canlı nəfəsidirlər.
Bu həqiqət qarşısında bu gün susmaqdan başqa söz tapmırsan, insan. Çünki bu gün plagiatlıq bir çox gənc qələm sahibləri üçün artıq qəbahət sayılmır.
Bu gün şairlərdən çox “şairciklər” meydana çıxıb. Beşinci sinif şagirdinin altı poetik kitabı çap olunub. O kitablarla tanış olanda insanın içində narahatlıq doğurur. Bəzən müsabiqə və yarışların şərtlərində “Kitabı çap olunubmu?” sualı yer alır. Bu da kitab üçün süni tələbat, təqib və yarış yaradır.
“Kitab” anlayışının ucuzlaşdırılması, kiminsə şeirlərini düzəltdirib, hətta başqasına yazdırıb, pul qarşılığında “şair”, “yazıçı” adını qazanmaq cəhdləri, nəticə etibarilə kitab anlayışına olan münasibəti zədələyir.
— Gənc yaradıcılar üçün ən çox məsləhətiniz nədir: oxumaq, yazmaq, ya da öyrənmək?
— Mən gənc yaradıcılar üçün ən çox “çox yazmağı” məsləhət görürəm.
Çox yazmaq təbii olaraq çox oxumağa səbəb olur. Məncə, bəzən gənclər xalq ağız ədəbiyyatından uzaqlaşırlar, halbuki bu sahə yaradıcı fikrin qaynaq mənbəyidir. Folklorda incə bənzətmələr, müxtəlif sifətlər, bəzən kədərli, bəzən qürurlu, bəzən musiqili, bəzən dərin ritmi duymaq mümkündür. İnsan psixologiyasını nəzərə alaraq danışan fəlsəfi müşahidələr, həyati hadisələrin sirləri — bunların çoxu xalq ağız yaradıcılığının parlaq nümunələrindən gəlir.
Mən “Alpomış” dastanını, “Məlikə‑i ayyor” kimi əsərləri oxumağı tövsiyə edirəm — bu kitablar yaradıcı gənclərin estetik zövqünü zənginləşdirir, ruhuna yeni melodiyalar bəxş edir.

— Bəzən müasir insanlarda stress və ruh düşüklüyü geniş görünür.
Təəssüf ki, həssaslıq bəzən bu cür hisslərin yaranmasına səbəb olur. Mən özümü stressdən və ruh düşkünlüyündən yazmaqla xilas edirəm. Yazmaq mənim üçün bir ruh sığınağıdır. Gözlənilən və gözlənilməyən zərbələrdən qorunmaq üçün yazıya salınıram.
Müəyyən bir təsirdən təsirlənə‑təsirlənə fikrimdə yaranan sətirlər varsa — onları kağıza köçürürəm. Yaradıcı anlar mənim üçün “yalnızlıq içində yalnız qalan” ləzzətli, ilahi anlardır.
"Yazdığım” adlı şeirimdə dediyim kimi:
Yazdığım — bilinki,
Bir yara dolu könüldən,
Yalnızlıqla yalnız qalan anlarımın sədasıdır...
— Namangan ədəbiyyatının özəllikləri və Özbək ədəbiyyatındakı yeri haqqındakı fikirləriniz?
Namangan— güllər şəhəridir
Dağlıq ərazidə doğulan insan dağa xas sərtlik, bağda yetişən isə bağın yumşaqlığını daşıyır.
Bu təsir mistik səslənsə də, məkan şərtləri ruhumuzun formasını müəyyən edir.
Namanganlılarda zəriflik, azad ruh, gözəlliyə məftun olmaq hissi var — bu xüsusiyyətlər onların yaradıcı üslubunda da görünür. Namangan ədəbiyyatı özbək ədəbiyyatında incə təsvirlər, sükunət, estetik ləzzət, parlaq obrazlarla tanınır.
— Beynəlxalq miqyasda Özbək ədəbiyyatının mövqeyi və tanıdılması barədə nə deyə bilərsiniz?
— Özbək ədəbiyyatını beynəlxalq səviyyədə tanıtmaq üçün bir sıra əhəmiyyətli layihələr var.
“1000 kitab”, “Vikipediya” kimi təşəbbüslər özbək dilinin zənginliyini göstərməkdədir. Kərim Bəhriyev müəllim tərəfindən hazırlanmış “Dünya poeziyası antologiyası” üç cildlik kitabdır və 5 qitədən 144 ölkənin 500-dən çox şairinin əsərlərini özbək dilində təqdim edir — bu doğrudan da sevindirici uğurdur.
11 dildən özbəkçəyə tərcümə edilmiş bu şeirlər xalqlar arasında dostluğu və sülhü möhkəmləndirməkdə vacib rol oynayır. Mən Ibrohim G‘afurov, Xurşid Davron, Güzal Begim, Gülnoz Möminovanın tərcümə uğurlarından dərin qürur duyuram.

— Sözün gücü və məsuliyyəti məni həmişə düşündürür.
Yaxın zamanda Özbəkistan Jurnalistlər Birliyi, Namangan və Sirdaryo şöbələri ilə birgə “Çodak konfransı” keçiridik.
Mövzu: Milli kontent və süni intellekt texnologiyaları idi.
Milli jurnalistika üçün məlumat texnologiyalarını bilmək, milli kontent yaratma bacarığını inkişaf etdirmək və süni intellekt sahəsində təbliğatı gücləndirmək indi vacib zərurətdir.
Süni intellekt — ikiüzlü qılıncdır: əgər biz onu özümüz yaratmasaq, başqalarının platformasına bağlı qalacağıq və o, bizi nəzarət altına ala bilər. İnternet trafiqimiz, fikirlərimiz, hətta üz və səsimiz izlənə bilər. Buna görə milli təhlükəsizlik yalnız hərbi gücdən deyil: rəqəmsal müstəqillik və alqoritmik suverenlik də müzakirə olunmalıdır.
Süni intellekt platforması olmayan dövlət digər dövlətlərin AI-sı tərəfindən idarə oluna bilər. Bu səbəbdən AI həm iqtisadi, həm də milli müdafiə vasitəsidir.
— Maarifləndirici işlər üçün media və jurnalistika sahəsində hansı yenilikləri təklif edirsiniz?
— Maarifləndirmə üçün daha çox matbuat nəşrlərinə dönüşü prioritet sayıram.
İnternet jurnalistikası inkişaf etsin, əlbəttə — onu təqdir edirəm. Lakin qəzet və jurnalların gündəlik istehlaka qayıdışı, oxucuların kağız mətbuata yenidən maraq göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Əgər oxucu qəzet‑jurnal oxumağa qayıtsa, kitabxana yenidən gündəmə gələcək. Maarifçiliyin yüksəlməsində məhz qəzet‑nəşrlərə münasibəti yeniləmək — ən təsirli və dayanıqlı yol ola bilər.
Söhbətləşdi:
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin
və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar