Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ağ Ev Tramp-Putin-Zelenski görüşünün şərtlərini açıqladı

Tarix: 07-08-2025 11:12     Baxış: 321 A- / A+
Ağ Ev Tramp-Putin-Zelenski görüşünün şərtlərini açıqladı
ABŞ prezidenti Donald Tramp Kiyev, Moskva və avropalı tərəfdaşların mövqelərinin yaxınlaşdırılması şərti ilə Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə görüş keçirə biləcək.
Manevr.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox Business”ə müsahibəsində deyib.
Rubionun sözlərinə görə, Rusiya müharibənin dayandırılması şərtləri ilə bağlı aydın siqnallar verib, lakin tərəflərin mövqelərini hələ də yaxınlaşdırmaq lazımdır.
Kremlin şərtləri və tələblərinin detalları barədə açıqlama verməyən Rubio bildirib ki, Rusiyanın hansı şərtlər əsasında müharibəni dayandırmağa hazır olduğunu daha yaxşı başa düşürlər. “İndi biz bunu avropalıların və ukraynalıların nəyə razı olacağı ilə müqayisə etməliyik. Biz bu mövqeləri bir-birinə necə yaxınlaşdıracağımızı düşünməliyik. Əgər onları rusların və ukraynalıların nə istədiyinə kifayət qədər yaxınlaşdıra bilsək, o zaman həm prezident, həm də Putin Zelenski ilə görüş keçirə biləcək", - Dövlət katibi qeyd edib.
Rubio əlavə edib ki, burada ərazi məsələləri əsas ola bilər və danışıqların müəyyən mərhələsində atəşkəs baş verməlidir.
Qeyd edək ki, Amerika mediası növbəti həftə Trampın Putin və Zelenski ilə görüşəcəyi barədə məlumat yayıb.
Tramp əvvəlcə Putinlə görüş keçirməyi planlaşdırır, daha sonra isə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli danışıqlara başlamağı planlaşdırır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar