Sizin Reklam Burada
Xəbər lenti
07-08-2025
06-08-2025
BÜTÜN XƏBƏRLƏR

Gecə yarısı tez-tez oyanmağın əsas səbəbi - Nevroloqdan tövsiyələr

Tarix: 07-08-2025 20:41     Baxış: 321 A- / A+
Gecə yarısı tez-tez oyanmağın əsas səbəbi - Nevroloqdan tövsiyələr

Gecə yuxudan tez-tez oyanmaq problemi bir çox insanı narahat edir.
 
Manevr.az milli.az-a istinadən xəbər verir ki, bu vəziyyətin səbəbləri ilə bağlı nevroloq Stella Maris Valensi açıqlama verib.
 
Onun sözlərinə görə, belə halların əsas səbəblərindən biri ağır stress və sinir gərginliyidir.

Mütəxəssis bildirir ki, stres yuxu üçün həyati əhəmiyyət daşıyan hormonların səviyyəsini azaldır və bu, kabusların yaranmasına və yuxunun tez-tez bölünməsinə səbəb olur.
 
Valensinin sözlərinə görə, yuxu pozuntuları yalnız psixoloji deyil, fiziki amillərlə də bağlı ola bilər.
 
Gecə oyanmalarına səbəb ola biləcək fiziki faktorlar isə bunlardır:
 
Tez-tez sidiyə getmək ehtiyacı
Yuxu apnesi
Turşu reflüsü
Qarın bölgəsində artıq çəki
Soyuqdəymə və ya qrip
Yaşla bağlı dəyişikliklər
Otaqda narahat temperatur
 
Valensin yuxu keyfiyyətini artırmaq üçün tövsiyələr də verib. Tövsiyələr bunlardır:
 
Hər gün eyni saatda yatmaq və oyanmaq
Yataq otağında rahat temperaturu qorumaq
Axşam ağır və yağlı yeməklərdən uzaq durmaq
Gün ərzində kifayət qədər fiziki aktivlik
Yatmazdan əvvəl telefon və planşet kimi cihazlardan uzaq qalmaq
Alkoqoldan tamamilə imtina etmək
 
Nevroloq qeyd edir ki, bu sadə qaydalara əməl etməklə yuxunun bölünməsinin qarşısını almaq və daha dərin, rahat yuxuya nail olmaq mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar