Sizin Reklam Burada
Xəbər lenti
11-01-2025
10-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Məni heç vaxt tərk etmə”

Tarix: 11-01-2025 11:26     Baxış: 3437 A- / A+

Telli Həsənova 
NDU-nun Tarix-filologiya fakültəsinin II kurs tələbəsi 

Məni heç vaxt tərk etmə” romanı yapon əsilli ingilis yazıçısı, 2017-ci ildə Nobel mükafatına layiq görülmüş Kazuo İshiguronun ən mükəmməl əsərlərindən biridir. Kitab əsasında 2010-cu ildə film də çəkilmişdir. Hadisələr 30 yaşında Keti adlı bir qadının uşaqlıq xatirələri əsasında qələmə alınıb. Ketinin uşaqlığı və yeniyetməliyi Helyşem adlanan internat məktəbində keçir. Heylşem ilk başda sakit, sadə, adi bir yer kimi görünə bilər, amma, əslində sirlərlə dolu bir yerdir. 

Müəllimlər daima uşaqlardan nə isə bir şey gizlədirmiş kimi sirli davranışlar nümayiş etdirirlər. Və həmin bu sirli davranışlar kitaba daima bir gərgin abu-hava,atmosfer qatır. 20-ci əsrin əvvələrində insanlar orqan bağışlanması üçün canlı donor olaraq klonlaşdırılır və yetişdirilirdilər. Bu həddindən çox yayılmışdı. Keti və dostları da həmin orqan bağışlanması üçün ideal klonlar,nümunələr sayılırlar. Amma onlar özləri donor olana qədər, donor olmuş, orqan bağışlamış şəxslərin köməkçisi olmaq onların qayğısına qalmağa məhkumdurlar. Heylşemdə incəsənət dərsləri keçirilir,məktəbdə çəkilən şəkillər, yazılan şeirlər müzakirə olunur. Əl işi olmayanlar Tommi kimi ələ salınır. Sonda ən yaxşı əl işləri Madam tərəfindən seçilib, Madamın qaleriyasına aparılır. 

Madamın bunları hara və nə üçün apardığı heç kimə məlum deyil. Uşaqlar Madamın onları sevmədiyini düşünürlər axı onları sevmirsə nə üçün onların əl işlərini toplayırdı? Otaqların birindən mahnı səslənir: ”Məni heç vaxt tərk etmə... Ooo canım,canım...Məni heç vaxt tərk etmə” Keti mahnını dinləyərkən uşağı olmayacağını düşünən birinin uşağı olduğunu xəyal edir və əlindəki yastığı bağrına basaraq bu sözləri deyir. Bunu görən Madam hislərinə sahib çıxa bilməyərək ağlamağa başlayır çünki,özü də bilir ki,nə Keti nə də digərləri uşaq sahibi ola bilməyəcəklər. Madamın ağlaması Ketidə bir iz buraxır çünki,Madam çox soyuq biri idi. Ketinin xəyal etdiyi bu arzunu orda olan heç bir insan yaşamayacaqdı. Lakin,Heylşem şagirdləri arasında belə bir söhbət gəzir ki, əgər iki nəfər həqiqətən bir-birinə aşiq olsa, onlara daha çoxyaşamaq üçün möhlət verilər. Axı bu iki nəfərin bir-birinə aşiq olduğunu necə müəyyənləşdirəcəkdilər? İki yolla müəyyənləşdirmək olar: 

1)Baxışlar; 
2)Sənət əsərləri. Gülay Tahirli deyir ki... 

Mən adamları gözlərindən tanıyıram. Təzə aşiq olanlar,məsələn, Gözlərində günəş şəfəqləri, Çiçəkdən çiçəyə uçuşan ağ kəpənəklər, Lap o emojidəki kimi, Gözlərdən çıxan ürəklər... Sənət əsərləri... İnsanlar hislərini sənətə tökürlər... Kimi şəkil çəkməklə ifadə edir,kimi şeir yazmaqla. Bəlkə də Madam elə buna görə sənət əsərlərini toplayıb qaleriyasında saxlayırdı? Bir halda ki,sənət əsərlərinə baxılacaqdısa əgər Tommi gerçəkdən aşiq olsa idi onun aqibəti necə olacaqdı? Axı onun heç bir sənət əsəri yox idi... Bəlkə bir gün Tommi həqiqətən aşiq olsa idi ona heç kim inanmayacaqdı. Bəlkə də bunun günahkarı Tommi yox onlar idi axı Tomminin çəkdiyi şəkillərə gülməsəydilər,hər şey başqa cür ola bilərdi. Nə baxışlar..nə də sənət əsərləri hamısı sadəcə bir fərziyyə imiş... 

Sənətə bu qədər önəm verilməsinin səbəbi isə başqa imiş, Heylşem şagirdlərinin insan olduğunu sübut etmək... Nə bədən quruluşu, nə də ki başqa bir şey insan olmağa kifayət etmir. Axı meymun da insana bənzədilir. Sənət insanlığın sübutu kimi qələmə verilir. Hə əsas məsələ bir də gecikmək var, həmişə yanında olan birinə illərlə gecikmək... Keti hadisələri elə danışır ki,nə qədər isti mühitdə olursan ol insanın bədəni bumbuz olur hələ ki,əllər heç demirəm... Kitab bitir, amma, düşüncədə ən əsası ürəkdə sadəcə bircə cümlə qalır... - Məni heç vaxt tərk etmə...

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar