Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bir xəyal dolaşır xaraba kəndi” - Rəfail Tağızadənin “Qarabağ rüzgarları” kitabına elegiya

Tarix: 01-11-2024 22:03     Baxış: 385 A- / A+

Vətən, yurd acıları da bəzən insanı (səbəbsiz) özündən çıxarır, onu səmtləri bəlli sərhədsiz ünvanlara aparır; orada insane ruhun məqsədiz təsəvvürləri ilə yanlış təəssüratlar qurur, yalnız hicran təranələri çalınan aşırımlardan keçmək məcburiyyətində qalanda anlayır ki, Vətən nədir, yurd haradır... 
İstedadlı şair, Qarabağı qarabağrı qədər özünə yaxın bilən, Vətən adı gələndə özündən ixtiyarsız “silahına” sarılan, içinin təpəri ilə varaqları “güllələyən” Rəfail Tağızadənin “Qarabağ rüzgarları” kitabı bizdə belə bir qənaət yaradır. Kitab illər əvvəl çap olunub; (lakin) buradakı poetic nümunələr günümüzlə səsləşir, (öz) aktuallığını aşkar büruzə verir. Bu səbəbdən, kitabın içində son dərəcə hürkək və utancaq baxışları ilə oxucu gözündən yayınmağa çalışan şeirləri təqdir etmək israrındayıq. O mənada hürkək və utancaq deyirik ki, hələ o vaxtlar Qarabağ işğal altında ağı deyirdi... 
“Qarabağ rüzgarları” içindəki şeirlərin hamısı ilə təqdirə layiqdir. Ancaq kitabın 56-cı səhifəsindəki “Qara xəyal” şeiri ümumiyyətlə poetik dəhşətdir:

Bir xəyal dolaşır xaraba kəndi,
Əyninə geydiyi köhnə libasla,
Gəzir həyət-həyət, gəzir evbəev,
Təzə yuxuların yumurtasını,
Köhnə yuxuların cücəsin yeyib,
Bir xəyal dolaşır xaraba kəndi,
Əyninə geydiyi köhnə libasla...

 
Səmimi deyirik, bu şeir “Qarabağ rüzgarları”nın poetic pasportudur. Ən əsası, bu şeirdəki kədər bir elin – elatın coğrafi xəritəsi kimi təzahür edir. Sanki qara (bir) xəyal köhnə düşüncə ilə - qaniçən düşmən obrazında xaraba qalmış kəndi gəzir, orada “təzə yuxuların yumurtası” fonunda xalqımızın sabahkı ümidlərini qırmağa cəhd edir, “köhnə yuxuların cücəsini yemək” anlamında da öz qara-yararsız xisləti üzərində xain nəzərlər aşılayır, ölkəmizin xarabazara çevrilmiş (sahibsiz qalmış) kəndlərində erməni xofu yaradır. Səmimi deyək, “Qara xəyal” şeirini oxuyandan sonra adamın taqəti itir, kitab haqqında normal fikir ifadə etmək cəhdi boşa çıxır. Biz yenə də özümüzdə güc tapıb həmin şeirin acı-sərt soyuğunda duruş gətirir, oxucuya vacib olan ictimai nüansları qabartmağa müvəffəq oluruq.
“Qarabağ rüzgarları” torpaqlarımızın işğalı dövründə ərsəyə gəlib. Bu kitabda o dövrü əhatə edən ah-nalə, ağrı-acı, ürəyə paslı niskil kimi tökülən ictimai qayə əks edir deyə, bu barədə qabarıq fikir demirik. Bircə onu ərz etmək istəyirik ki, buradakı şeirlərin böyük əksəriyyəti ağrımızı-acımızı bizə hüdudsuz aləm kimi əta edir, bu şeirlərin hənirində tük salırıq.
Təəssüflər olsun ki, “Qarabağ rüzgarları”nı Zəfər sevincindən məst olduğumuz məqamda əldə etdik. Ona görə təəssüflər olsun deyirik ki, əgər bu kitab torpaqlarımızın işğalı dövründə əlimizdə olsaydı, onu monumental-tarixi bir hadisə hesab edər, (əlimizdə fürsət olsaydı) bu kitabı ən bahalı mükafata layiq görərdik. 
“Qarabağ rüzgarları”nda bizi divara dirəyən (bəzi) hislərlə qabaq-qənşər olaq:

Mən sənin sərhəd dirəyin,
Söykənib sənə kürəyim.
Mənə uğurlar diləyin,
Bu gecə son vuruşumdu...

 
***
Vaqonun altından asılan beşik,
İçində körpələr böyüyür indi...

***
Ağdam. 23 iyul 1993-cü il...
Tərslikdən mənzilimin nömrəsi elə,
Hər gün o qapını açmağa möhtac...

***
Bu gecə yuxuma gəlmişdi nənəm,
Qızartı yoxuydu yanaqlarında.
Sifəti ağappaq, gözləri yenə gömgöy idi...

***
Şəhid məktubları uçur havada,
Bu kəndin göyləri məktubla dolu...

***
Alnının qırışları sərhəd xətlərini,
Üzün içindəki itkiləri
Göstərmirsə əgər,
Bir ömür beləcə qalacaq, qardaş,
Bir gözündə qara yuxu,
Bir gözün dəyaş...

 
Və s. Əminik ki, bu poetik parçaları heç də asanlıqla seçmədik. O mənada ki, gözlərimizi toxundurduğumuz şeirləri ya tam haldaverməli, ya da o şeirlərin içində qaçqın həyatı yaşamaq məcburiyyətində qalmalı idik... Fikir adamı necə də ram edərmiş, Allah!.. 
“Qarabağ rüzgarları”nı oxuya-oxuya düşünürük ki, Rəfail Tağızadə bu kitabı ərsəyə gətirənə qədər necə sağ qala bilib?! Bu kitabda ağrı hədsiz sərt, acı misilsiz göynərti qədər təlatümlü, hadisələr soyuq rüzgarların əhatəsində can verən körpə iniltisi qədər dəhşətlidir. (Bəs) Rəfail müəllim bu qədər ağırlığın altından necə çıxa bilib? Digər tərəfdən, bilmək marağındayıq; Ağdamsız həyat onu işğal illərində yazdığı şeirlərin edam kötüyü üstündə neçə dəfə doğrayıb? Əlbəttə, şərh vermək (çox) çətindir. Çünki “gendən baxana dava asan gəlir...”. Bu aspektdən yanaşaraq biz Rəfail Tağızadəni “Qarabağ rüzgarları” kimi bir kitab yazdığı, oradakı niskilin ölüm çarxında salamat qaldığı üçün bir qəhrəman hesab edirik. 
Əgər həmyaş olsaydıq, bizi “Qarabağ rüzgarları”ndakı şeirlərlə yüz kərə “öldürüb-diriltiyi” üçün deyərdik: Allah sizə insaf versin, Rəfail Tağızadə...
Və (təkrar olmasın) səmimi deyirik, kitabdakı şeirlər bizi kəskin surətlərə sövq etdiyi üçün çox sitat gətirə bilmədik, sadəcə, “Qarabağ rüzgarları”ndakı təfsilatı kənardan seyr etdik...































Hikmət Məlikzadə

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar